Yaponiyada ağır fiziki iş yerinə yetirə bilən robot yaradılıb
Yaponiya mühəndisləri adi həyatda insanları getdikcə daha çox əvəz edəcək robotlar yaratmağa davam edirlər. Dünən Yaponiyada müxtəlif ağır fiziki işlər yerinə yetirə bilən robot modeli təqdim edilib.
Robotun yaradıcıları – “Kawada İndustries” şirkəti və Sənaye elmləri və hazırlamaları milli institutu bildiriblər ki, yeni robot modeli bütün iş peşələrini olmasa da, onlardan bir çoxunu əvəz edə bilər.
"Biz robotu kifayət qədər nazik korpusda hazırlamışıq, lakin o, kifayət qədər ağır fiziki iş yerinə yetirə bilər. Yeni robot “HRP-4” adlanır" – “Kawada” şirkətinin meneceri Noriyuki Kenexira qeyd edib.
Robot ölçülərinə görə 10-12 yaşlı uşağı xatırladır.
Tokioda robotun təqdimatı zamanı model 1 ayaq üstə durub, öz oxu ətrafında fırlanıb, səs əmrlərini izah edib, müxtəlif predmetləri daşıyıb, obyektləri izləyib və digər tapşırıqları yerinə yetirib.
Robot 2012-ci ilin yanvar ayından satılmağa başlayacaq. Qiyməti 306000 dollardır.
Baxış sayı: 1163
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib