Dünyanın ən nazik smartfonu
“Fujitsu” şirkəti və Yaponiyanın “KDDİ” operatoru dünyanın ən nazik smartfonunu təqdim ediblər. Smartfon “Arrows ES İS12F” adlanır.
Qurğu sukeçirməyən korpusda hazırlanıb. Modelin aşağı hissəsinin qalınlığı 6,7 millimetr təşkil edir, lakin qalınlıq yuxarı hissədə 8,5 millimetrə qədər artır. “Android 2.3” əməliyyat sistemi ilə işləyən qurğunun çəkisi 105 qram təşkil edir.
“Fujitsu Arrows ES İS12F” smartfonu 4 düymlü 480x800 nöqtə kəskinlikli “AMOLED” ekran, 5 meqapiksel kamera, 1.4 QHz takt tezlikli 1 nüvəli “Snapdragon MSM8655” çipi, “Wi-Fi” və “Bluetooth” modulları, “İK-port” ilə təchiz edilib. Smartfon 1400 mA/saat tutumlu akkumulyatora malikdir. Bu isə danışıq rejimində 7 saata qədər iş təmin edir. Yenilik “GSM” və “CDMA” şəbəkələrində işləyir.
Baxış sayı: 1625
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib