12px13px15px17px
Tarix:13/06/20

Şəkillərin keyfiyyətini 60 dəfə yaxşılaşdıran süni intellekt təqdim edilib

Yeni süni intellekt şəkillərin keyfiyyətini 60 dəfə yaxşılaşdırır. Hələ ki yenilik təhlükəsizlik kameralarının görüntülərindən insanları tapmağa kömək edəcək. Amma gələcəkdə tibb, astronomiya və başqa sahələrdə istifadə edilə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Dyuk Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış süni intellekt insanların şəkillərdəki bulanıq, tanınmaz halda olan sifətlərini hətta kiçik detalların belə seziləcəyi keyfiyyətli fotoşəkillərə çevirə bilər. Əvvəlki metodlar üz şəkillərini yalnız 8 dəfəyədək yaxşılaşdıra bilirdi. Amma bu komanda onları 64 dəfəyədək yaxşılaşdırmaq üsulunu axtarıb tapıb.
 
Sistem ilk növbədə insanların eyniləşdirilməsi üçün istifadə ediləcək. O, təhlükəsizlik kamerasından əldə edilmiş tanınmaz halda olan şəklin  keyfiyyətini yaxşılaşdıra biləcək.
 
Emil Hüseynov



Baxış sayı: 1603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024