Jest dilini başa düşməyə kömək edən əlcək hazırlanıb
Çin və amerikalı alimlər neyroşəbəkə alqoritmləri sayəsində jest dilini adi dilə avtomatik tərcümə edə bilən avtomatlaşdırılmış əlcək hazırlayıb.
"Ümid edirik ki, ixtiramız sayəsində lal və lal-kar insanlar ətrafdakı insanlarla rahat ünsiyyət saxlaya biləcəklər. Bundan başqa, biz belə qurğuların onların həmsöhbətlərinə jest dilini öyrənməkdə kömək edəcəyinə ümid edirik" – ixtiranın istehsalçılarından biri olan Kaliforniya Universitetinin dosenti Szyun Çen deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, bu əlcək sürtünmə və hiroskop sensorlar dəsti ilə təchiz edilib: bu sensorlar sayəsində qurğu onun sahibinin barmaq və əl hərəkətlərini izləyir. Tədqiqatçıların sözlərinə görə, bütün komponentlərin ümumi qiyməti 50 dolları ötmür.
Fiziklər belə əlcəklərin köməyi ilə ingilis dilində 600 ən çox yayılmış sözə uyğun gələn jestləri qeyd ediblər. Alimlər növbəti mərhələdə neyroşəbəkənin köməyi ilə bu məlumatları təhlil ediblər. Neyroşəbəkə onlar üçün tipik cəhətləri ayırıb. Qurğu hətta smartfon və ya başqa mobil qurğunun dinamikinin köməyi ilə onları səsləndirə bilər.
Buna nail olan alimlər qurğunun imkanlarını genişləndiriblər. Onlar üz dərisinə bərkidilən sensorlar dəsti əlavə ediblər. Bu sensorlar jest dilində müəyyən sözlərin formalaşmasında istifadə olunan üz ifadələrindəki dəyişiklikləri müəyyənləşdirə bilir.
Alimlər yaxın vaxtlarda qurğunun yalnız laboratoriyada deyil, həm də adi həyatda istifadəsi üçün onun “söz ehtiyatı”nı genişləndirməyi planlaşdırırlar. Tədqiqatçılar ümid edirlər ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq və nəticədə kar və lal insanlar ətrafdakı şəxslərlə rahat ünsiyyət saxlaya biləcəklər.
Emil Hüseynov
Baxış sayı: 624
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib