12px13px15px17px
Tarix:10/08/20

“Raspberry Pi Zero” əsasında işləyən smartfon ölçüsündə minikompüter təqdim edilib

2017-ci ildə “Zero Terminal Mini” minikompüterini təqdim etmiş “NODE” startapı populyar “Raspberry Pi Zero” platforması əsasında işləyən cib fərdi kompüterinin yeni versiyasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Linux” sisteminin idarəetməsi altında işləyən cihaz 1 QHs takt tezlikli “Broadcom BCM2835” prosessoru və 512 MB əməli yaddaşla təchiz edilib. “Zero Terminal Mini 3” qurğusu “Waveshare” şirkətinin 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük sensor idarəetməli “AMOLED” displeyi ilə təchiz edilib. Qurğu görünüşcə adi smartfonu xatırladır, amma irəli-geri çəkilən klaviaturadan ibarət slayder form-faktoruna görə nisbətən qalındır.
 
Cib kompüteri “USB 2.0 Type-A”, “micro-USB” və “mini-HDMI” portları, həmçinin “microSD” yaddaş kartı üçün slot və 3,5 mm-lik audio konnektoru ilə təchiz edilib. Qurğunun korpusunda üç proqramlaşdırılan düymə və dinamik yerləşdirilib. Modelin daxili akkumulyatorunun tutumu 1200 milliamper/saat təşkil edir. Yeni cihaza klaviatura, oyun kontrolleri və başqa aksesuarları qoşmaq olar.
 
Emil Hüseynov




Baxış sayı: 984

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024