Tarix:11/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, son maliyyə hesabatının dərc edilməsi zamanı “Sony” bu ilin ikinci rübündə 800 min “Xperia” smartfonu satmasını bəyan edib. Bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 100 min ədəd az olsa da, “Xperia” tədarükləri 2020-ci ilin birinci rübü ilə müqayisədə iki dəfə artıb.
“Sony” nümayəndələri təsdiq edib ki, mobil bölmə son bir neçə il ərzində ilk gəlirini nümayiş etdirməyə hazırdır. Şirkət gözlənilən mənfəətin məbləğini açıqlamayıb.
Qeyd olunur ki, smartfonlar sənayesində tədricən orta və ucuz seqmentlərə üstünlük verilir. “Sony” nümayəndələrinin fikrincə, bu yanaşma müvəqqəti xarakter daşıyır və onun qabaqcıl modelləri son nəticədə yenidən populyarlıq qazanacaq. Hazırda isə şirkət 2020-2021-ci illərin nisbətən ucuz smartfonlarına üstünlük verməyi planlaşdırır.
Nizam Nuriyev
“Sony” son dörd ildə ilk dəfə “Xperia” smartfonlarından qazanc əldə edəcək
“Sony” şirkəti son dörd ildə “Xperia” smartfonlar bölməsinin ilk dəfə gəlir əldə edəcəyini proqnozlaşdırır. Bir neçə ardıcıl rüb ərzində şirkət xərcləri kəskin azaldaraq smartfonlar bölməsinin optimallaşdırılmasına başlayıb ki, bu da öz bəhrəsini verib.“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, son maliyyə hesabatının dərc edilməsi zamanı “Sony” bu ilin ikinci rübündə 800 min “Xperia” smartfonu satmasını bəyan edib. Bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 100 min ədəd az olsa da, “Xperia” tədarükləri 2020-ci ilin birinci rübü ilə müqayisədə iki dəfə artıb.
“Sony” nümayəndələri təsdiq edib ki, mobil bölmə son bir neçə il ərzində ilk gəlirini nümayiş etdirməyə hazırdır. Şirkət gözlənilən mənfəətin məbləğini açıqlamayıb.
Qeyd olunur ki, smartfonlar sənayesində tədricən orta və ucuz seqmentlərə üstünlük verilir. “Sony” nümayəndələrinin fikrincə, bu yanaşma müvəqqəti xarakter daşıyır və onun qabaqcıl modelləri son nəticədə yenidən populyarlıq qazanacaq. Hazırda isə şirkət 2020-2021-ci illərin nisbətən ucuz smartfonlarına üstünlük verməyi planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 905
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib