Tarix:21/08/20
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, maqnezium ərintisindən hazırlanmış incə və möhkəm korpusa malik "NEC VersaPro UltraLite VG Full" noutbuku HD təsvir ölçülü 13,3 düymlük ekranla təchiz edilib. Şirkət qurğunun müxtəlif akkumulyator tutumuna malik iki versiyasını təqdim edib: avtonom işləmə müddəti 15 saatadək və 24 saatadək olan.
Konfiqurasiyadan asılı olaraq, noutbuk dördnüvəli "Intel Core i5-10210U" və ya "Core i7-10510U" (Comet Lake) prosessoru, 8 və ya 16 QB LPDDR3 əməli yaddaşı, həmçinin 128, 256 və ya 512 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib. İnterfeyslər dəstinə "Wi-Fi" və "Bluetooth" modulları, "USB Type-A" və "USB Type-C" konnektorları, "microSD" və "HDMI" yaddaş kartları üçün slot daxildir.
Emil Hüseynov
Yaponiya şirkəti avtonom işləmə müddəti 24 saatadək olan yüngül ultrabuk təqdim edib
Yaponiyanın "NEC" şirkəti onuncu nəsil "Intel Core" prosessoru ilə işləyən 13 düymlük yığcam "VersaPro UltraLite VG" leptopunu təqdim edib. İstehsalçının iddiasına görə, noutbukun avtonom işləmə müddəti 24 saatadək təşkil edir."ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, maqnezium ərintisindən hazırlanmış incə və möhkəm korpusa malik "NEC VersaPro UltraLite VG Full" noutbuku HD təsvir ölçülü 13,3 düymlük ekranla təchiz edilib. Şirkət qurğunun müxtəlif akkumulyator tutumuna malik iki versiyasını təqdim edib: avtonom işləmə müddəti 15 saatadək və 24 saatadək olan.
Konfiqurasiyadan asılı olaraq, noutbuk dördnüvəli "Intel Core i5-10210U" və ya "Core i7-10510U" (Comet Lake) prosessoru, 8 və ya 16 QB LPDDR3 əməli yaddaşı, həmçinin 128, 256 və ya 512 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib. İnterfeyslər dəstinə "Wi-Fi" və "Bluetooth" modulları, "USB Type-A" və "USB Type-C" konnektorları, "microSD" və "HDMI" yaddaş kartları üçün slot daxildir.
Emil Hüseynov
Baxış sayı: 696
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib