Tarix:28/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, “PuriCare Wearable Air Purifier” adlı qurğu quraşdırılmış batareyadan qidalanan iki ventilyator və iki çıxarılıb taxılan hava filtri ilə təchiz edilib.
Şirkət nümayəndələrinin sözlərinə görə, quraşdırılmış sensorlar ventilyatorların işini tənzimləyərək onların fırlanma sürətini nəfəs alma və nəfəs verməyə görə uyğunlaşdırırlar. Maskanın akkumulyator tutumu 820 milliamper/saat təşkil edir ki, bu da avtonom rejimdə 8 saatlıq işi təmin edir.
“LG” koronavirus pandemiyasına birbaşa işarə etməsə də, onun fərdi hava təmizləyicisi layihəsi üzərində işə təsir göstərməsi açıq-aydın görünür. Belə ki, şirkət təmsilçilərinin sözlərinə görə, “PuriCare Wearable Air Purifier” əldəqayırma və birdəfəlik maskaların əvəzləyicisi kimi təklif edilir. Bundan başqa, bir müddət əvvəl şirkət tibbi heyətə kömək məqsədilə Seul Universitetinin klinikasına 2 min hava təmizləyicisinin veriləcəyini bəyan edib. Eyni zamanda şirkətin məlumatında yeni qurğunun virusların yayılmasının qarşısının alınmasında effektivliyi göstərilmir. Məsələn, şirkət nümayəndələri yüksək texnologiyalı maskanın havanı nəfəs vermədə filtrasiya etməsi ilə bağlı sualı cavabsız qoyublar. Ətraflı məlumatın qurğu sertifikatlaşdırıldıqdan sonra təqdim ediləcəyi gözlənilir.
Həmçinin qurğunun qiyməti və satışa çıxarılma tarixi barədə məlumat verilmir. Bununla belə, şirkətin məlumatında “PuriCare Wearable Air Purifier” portativ hava təmizləyicisinin bu ilin dördüncü rübündə bir sıra ölkələrdə satışa çıxarılacağı qeyd olunur.
Nizam Nuriyev
Hava təmizləyicisi ilə təchiz edilən qoruyucu maska təqdim olunub
Cənubi Koreyanın “LG” şirkəti qoruyucu maska şəklində hazırlanan portativ hava təmizləyicisini rəsmən təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, “PuriCare Wearable Air Purifier” adlı qurğu quraşdırılmış batareyadan qidalanan iki ventilyator və iki çıxarılıb taxılan hava filtri ilə təchiz edilib.
Şirkət nümayəndələrinin sözlərinə görə, quraşdırılmış sensorlar ventilyatorların işini tənzimləyərək onların fırlanma sürətini nəfəs alma və nəfəs verməyə görə uyğunlaşdırırlar. Maskanın akkumulyator tutumu 820 milliamper/saat təşkil edir ki, bu da avtonom rejimdə 8 saatlıq işi təmin edir.
“LG” koronavirus pandemiyasına birbaşa işarə etməsə də, onun fərdi hava təmizləyicisi layihəsi üzərində işə təsir göstərməsi açıq-aydın görünür. Belə ki, şirkət təmsilçilərinin sözlərinə görə, “PuriCare Wearable Air Purifier” əldəqayırma və birdəfəlik maskaların əvəzləyicisi kimi təklif edilir. Bundan başqa, bir müddət əvvəl şirkət tibbi heyətə kömək məqsədilə Seul Universitetinin klinikasına 2 min hava təmizləyicisinin veriləcəyini bəyan edib. Eyni zamanda şirkətin məlumatında yeni qurğunun virusların yayılmasının qarşısının alınmasında effektivliyi göstərilmir. Məsələn, şirkət nümayəndələri yüksək texnologiyalı maskanın havanı nəfəs vermədə filtrasiya etməsi ilə bağlı sualı cavabsız qoyublar. Ətraflı məlumatın qurğu sertifikatlaşdırıldıqdan sonra təqdim ediləcəyi gözlənilir.
Həmçinin qurğunun qiyməti və satışa çıxarılma tarixi barədə məlumat verilmir. Bununla belə, şirkətin məlumatında “PuriCare Wearable Air Purifier” portativ hava təmizləyicisinin bu ilin dördüncü rübündə bir sıra ölkələrdə satışa çıxarılacağı qeyd olunur.
Nizam Nuriyev
Baxış sayı: 840
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib