Tarix:03/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Intel Evo” platforması əsasında qurulan yeni qurğuda modifikasiyadan asılı olaraq “Iris Xe” məhsuldarlıq qrafikasına malik “Tiger Lake” nəsilli “Intel Core i5” və ya “Core i7” prosessorundan istifadə olunur. “LPDDR4x” operativ yaddaş tutumu 16 giqabayt təşkil edir. Məlumatların saxlanılması üçün 512 giqabayt tutumlu “NVMe” bərkcisimli toplayıcısı cavabdehlik daşıyır. Əlavə olaraq “microSD” yaddaş kartını quraşdırmaq mümkündür.
Qurğu noutbuku planşet iş rejiminə çevirmək üçün 360 dərəcə döndərilən “Full HD” (1920 × 1080 piksel) formatlı 13,3 düym diaqonallı sensor ekranla təchiz edilib. Displeylə həm barmaq, həm də “S Pen” qələmi vasitəsilə işləmək mümkündür.
Planşet 13 meqapikselli əsas kamera və 720р formatlı əlavə kamera ilə təchiz olunub. “5G” modemi ilə yanaşı, “Wi-Fi 6 (Gig+) 802.11ax 2×2” və “Bluetooth 5.1” simsiz rabitə adapterləri mövcuddur. Həmçinin 5 vatt gücündə qoşa dinamiklı “AKG” audiosistemi, daktiloskopik skaner, işıqlandırıcıya malik klaviatura, “Thunderbolt 4”, “USB Type-C”, “USB 3.0” və “HDMI” interfeysləri nəzərdə tutulub.
Çəkisi 1,26 kq, qabaritləri 304,9 × 202,3 × 13,9-14,9 mm təşkil edən “Samsung Galaxy Book Flex 5G” planşetini enerji ilə 69,7 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir. Qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Nizam Nuriyev
“Samsung Galaxy Book Flex 5G” noutbukunun çəkisi diqqəti cəlb edir
“Samsung Electronics” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləyən “Galaxy Book Flex 5G” portativ hibrid kompüterini rəsmən təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Intel Evo” platforması əsasında qurulan yeni qurğuda modifikasiyadan asılı olaraq “Iris Xe” məhsuldarlıq qrafikasına malik “Tiger Lake” nəsilli “Intel Core i5” və ya “Core i7” prosessorundan istifadə olunur. “LPDDR4x” operativ yaddaş tutumu 16 giqabayt təşkil edir. Məlumatların saxlanılması üçün 512 giqabayt tutumlu “NVMe” bərkcisimli toplayıcısı cavabdehlik daşıyır. Əlavə olaraq “microSD” yaddaş kartını quraşdırmaq mümkündür.
Qurğu noutbuku planşet iş rejiminə çevirmək üçün 360 dərəcə döndərilən “Full HD” (1920 × 1080 piksel) formatlı 13,3 düym diaqonallı sensor ekranla təchiz edilib. Displeylə həm barmaq, həm də “S Pen” qələmi vasitəsilə işləmək mümkündür.
Planşet 13 meqapikselli əsas kamera və 720р formatlı əlavə kamera ilə təchiz olunub. “5G” modemi ilə yanaşı, “Wi-Fi 6 (Gig+) 802.11ax 2×2” və “Bluetooth 5.1” simsiz rabitə adapterləri mövcuddur. Həmçinin 5 vatt gücündə qoşa dinamiklı “AKG” audiosistemi, daktiloskopik skaner, işıqlandırıcıya malik klaviatura, “Thunderbolt 4”, “USB Type-C”, “USB 3.0” və “HDMI” interfeysləri nəzərdə tutulub.
Çəkisi 1,26 kq, qabaritləri 304,9 × 202,3 × 13,9-14,9 mm təşkil edən “Samsung Galaxy Book Flex 5G” planşetini enerji ilə 69,7 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir. Qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Nizam Nuriyev
Baxış sayı: 775
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib