Tarix:03/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Galaxy A42” şirkətin beşinci nəsil şəbəkələrini dəstəkləyən ən ucuz smartfonu olmalıdır. Aparat ön kamera üçün kəsiyə malik 6,6 düymlük “Super AMOLED” displeyi, 48 mp-lik əsas sensora malik kvadrokamera və ekranın altında barmaq izləri skaneri ilə təchiz edilib.
“Galaxy Tab A7” planşeti 2000x1200 piksel təsvir ölçülü 10,4 düymlük TFT ekranla təchiz edilib. Qurğuya maksimal tezliyi 2 QHs olan 8 nüvəli prosessor, 3 QB əməli yaddaş, 32 və ya 64 QB-lıq daşıyıcı, 7040 milliamper/saat tutumlu akkumulyator və həcmli səslənməni təmin etmək üçün 4 dinamik quraşdırılıb, “microSD” yaddaş kartı dəstəklənir.
“Galaxy Fit 2” – “Samsung” şirkətinin bükülmüş 3D şüşəyə malik AMOLED displey, ürək ritmi sensoru və 159 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilmiş yeni fitnes-bilərziyidir. İstehsalçının bəyanatına görə, sözügedən qurğu istifadə senarisindən asılı olaraq 15-21 gün avtonom işləyə bilər.
Emil Hüseynov
“Samsung” ucuz “5G” smartfonu, ucuz planşet və fitnes-bilərzik təqdim edib
Bütün qabaqcıl qurğularını təqdim edən “Samsung” şirkəti daha əlçatan modellərini elan edib.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Galaxy A42” şirkətin beşinci nəsil şəbəkələrini dəstəkləyən ən ucuz smartfonu olmalıdır. Aparat ön kamera üçün kəsiyə malik 6,6 düymlük “Super AMOLED” displeyi, 48 mp-lik əsas sensora malik kvadrokamera və ekranın altında barmaq izləri skaneri ilə təchiz edilib.
“Galaxy Tab A7” planşeti 2000x1200 piksel təsvir ölçülü 10,4 düymlük TFT ekranla təchiz edilib. Qurğuya maksimal tezliyi 2 QHs olan 8 nüvəli prosessor, 3 QB əməli yaddaş, 32 və ya 64 QB-lıq daşıyıcı, 7040 milliamper/saat tutumlu akkumulyator və həcmli səslənməni təmin etmək üçün 4 dinamik quraşdırılıb, “microSD” yaddaş kartı dəstəklənir.
“Galaxy Fit 2” – “Samsung” şirkətinin bükülmüş 3D şüşəyə malik AMOLED displey, ürək ritmi sensoru və 159 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilmiş yeni fitnes-bilərziyidir. İstehsalçının bəyanatına görə, sözügedən qurğu istifadə senarisindən asılı olaraq 15-21 gün avtonom işləyə bilər.
Emil Hüseynov
Baxış sayı: 915
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib