12px13px15px17px
Tarix:03/09/20

“Google Docs” yeniləməsi zəif görənlər üçün xidmətdən istifadəyə kömək edir

İndi zəif görən insanlar da “Google”un onlayn redaktorlarından istifadə edə bilərlər. Onlar üçün Brayl ekranının ani qoşulması, mətnin səsləndirilməsi və şərh etmək üçün alət tətbiq edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Google” şirkəti zəif görən və gözdən əlil insanların öz xidmətlərinə girişini yaxşılaşdırıb – onlar sənədlər, cədvəllər, təqdimat və şəkillərdə Brayl ekranının ani qoşulması üçün alət tətbiq ediblər. Həmçinin xidmət üzrə naviqasiya yenilənib – indi istifadəçi onun kursorunun olduğu yeri eşidə bilər, həm mətn, həm də ona yazılmış şərhlər səsləndirilir. Şirkətin nümayəndəsi qeyd edib ki, indi təsvirlər, səhvlər və qrammatik səhvlər “yeni köməkçi texnologiyalar”ın köməyi ilə şifahi hala gətirilir.
 
Emil Hüseynov




Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024