12px13px15px17px
Tarix:04/09/20

Yeni nəsil “Intel” prosessorları nümayiş olunub

“Intel” şirkəti yeni nəsil prosessorlar təqdim edib. “Tiger Lake” adlı çiplər 10 nanometrlik texnoloji proses əsasında hazırlanıb və quraşdırılmış qrafik sistemə malikdirlər. Bu barədə şirkətin saytında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “Intel Tiger Lake” prosessorları 10 nanometrlik “SuperFin” texnoloji prosesi və “Willow Cove” arxitekturası əsasında işlənilib. “Willow Cove” nüvələri məhsuldarlığın artırılması üçün emal edilmiş mikrosxem dərəcəsinə malikdirlər. Model “LPDDR4X-4266/DDR4-3200” yaddaşı ilə işi dəstəkləyir və quraşdırılmış “Thunderbolt 4” və “PCI Express 4.0” interfeyslərinə malikdir.
 
Şirkət nümayəndələri oyunlarda “Full HD” təsvir ölçüsünü təmin edən quraşdırılmış “Iris Xe” qrafik sisteminə də diqqət yetiriblər. Qrafik modul maksimal “8K” təsvir ölçülü görüntünü saniyədə 60 kadr tezliyində göstərir. Şirkət nümayəndələrinin sözlərinə görə, “Iris Xe” modulu yalnız “Intel Core i5” və “i7” prosessorlarında mövcuddur. Prosessorun ümumi məhsuldarlığı 10-cu nəsil “Ice Lake” çipləri ilə müqayisədə 17-18 faiz artıb.
 
Məlumata görə, yeni çiplər nazik və yüngül noutbuklar üçün dünyada ən yaxşı prosessorlardır. “Tiger Lake” ofis proqramları üçün rəqib məhsullarla müqayisədə 20 faiz, oyunlarda isə 2 dəfə məhsuldarlıq artımını təmin edir. Artıq “Acer”, “Asus”, “Dell”, “Dynabook”, “HP”, “Lenovo” və digər şirkətlərlə yeni “Intel” avadanlığı əsasında noutbukların buraxılışı ilə bağlı razılıq əldə olunub.
 
Yeni prosessorların satışa çıxarılma müddəti barədə məlumat verilmir. Şirkət təmsilçilərinin sözlərinə görə, “Tiger Lake” çipləri əvvəlcə kompakt noutbuklara quraşdırılacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024