12px13px15px17px
Tarix:05/09/20

“Vivo” şirkəti rəngini dəyişdirən smartfon prototipini nümayiş etdirib

Yaxın gələcəkdə smartfon istehsalçıları bir modelə məxsus qurğuların bir neçə rəngdə çıxarılması təcrübəsindən imtina edə bilərlər: ənənəvi smartfonları sahibinin istəyi ilə öz rəngini dəyişdirən aparatlar əvəz edə bilər. Çinin “Vivo” şirkəti belə smartfon prototipini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, şirkətin rəsmisi izah edib ki, belə effektə nail olmaq üçün prototipdə gərginlik nəticəsində şəffaflıq dərəcəsini dəyişdirən elektroxrom şüşədən istifadə olunur. Bunun nəticəsində qurğunun arxa səthinin rənginin gümüşüdən maviyə dəyişilməsi effekti yaranır.
 
Qeyd edək ki, hazırda elektroxrom şüşələr pəncərələrdən keçən işıq və istiliyin miqdarının nəzarəti üçün istifadə olunur.
 
Hələ ki belə smartfonların bazara çıxarılma müddəti haqqında məlumat yoxdur.
 
Emil Hüseynov




Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024