Tarix:07/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HUAWEI Y9a” cihazı 2400x1080 piksel təsvir ölçülü və 60 hers yeniləmə tezliyinə malik 6,63 düymlük IPS ekranla təchiz edilib. Aparat “MediaTek Helio G80” mobil platformasına əsaslanır, 6 və ya 8 QB əməli yaddaşa və 128 QB-lıq daşıyıcıya malikdir. Yeni qurğu “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
4200 milliamper/saat tutumunda olan akkumulyator “HUAWEI Y9a” smartfonunun avtonom işləməsini təmin edir. Bu halda sürətli enerjidoldurma texnologiyasının gücü müxtəlif bazarlar üçün fərqli olacaq.
“HUAWEI Y9a” aparatının əsas kamerası 64, 8 (120 dərəcə baxış bucağına malik genişbucaqlı optika), 2 (makroobyektiv) və 2 mp-lik (dərinlik datçiki) təsvir ölçülü dörd sensordan ibarətdir. İrəli-geri çəkilən mexanizmlə təchiz edilmiş qurğunun ön kamerasının təsvir ölçüsü 16 mp təşkil edir. Smartfon qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, “USB Type-C” portu, “LTE” modem, “Wi-Fi 802.11ac” ikidiapazonlu modulu, “Bluetooth 5.1” və “GPS” ilə təchiz edilib.
Yeni aparatın satışa çıxarılma tarixi istehsalçı tərəfindən sonra elan ediləcək.
Emil Hüseynov
“HUAWEI Y9a” smartfonu təqdim edilib
“HUAWEI” şirkəti “Y9a” adlı smartfonunu (ötən həftə elan edilmiş “Enjoy 20 Plus” modelinin qlobal versiyasını) təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HUAWEI Y9a” cihazı 2400x1080 piksel təsvir ölçülü və 60 hers yeniləmə tezliyinə malik 6,63 düymlük IPS ekranla təchiz edilib. Aparat “MediaTek Helio G80” mobil platformasına əsaslanır, 6 və ya 8 QB əməli yaddaşa və 128 QB-lıq daşıyıcıya malikdir. Yeni qurğu “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
4200 milliamper/saat tutumunda olan akkumulyator “HUAWEI Y9a” smartfonunun avtonom işləməsini təmin edir. Bu halda sürətli enerjidoldurma texnologiyasının gücü müxtəlif bazarlar üçün fərqli olacaq.
“HUAWEI Y9a” aparatının əsas kamerası 64, 8 (120 dərəcə baxış bucağına malik genişbucaqlı optika), 2 (makroobyektiv) və 2 mp-lik (dərinlik datçiki) təsvir ölçülü dörd sensordan ibarətdir. İrəli-geri çəkilən mexanizmlə təchiz edilmiş qurğunun ön kamerasının təsvir ölçüsü 16 mp təşkil edir. Smartfon qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, “USB Type-C” portu, “LTE” modem, “Wi-Fi 802.11ac” ikidiapazonlu modulu, “Bluetooth 5.1” və “GPS” ilə təchiz edilib.
Yeni aparatın satışa çıxarılma tarixi istehsalçı tərəfindən sonra elan ediləcək.
Emil Hüseynov
Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib