12px13px15px17px
Tarix:09/09/20

“Xiaomi” idman maykası nəbzi ölçəcək

"Xiaomi" şirkəti ürək döyüntülərinin sayını izləməyə və elektrokardioqram etməyə imkan verən sensorla təchiz edilən "Mijia Sports ECG T-shirt" adlı yeni idman maykasını Çində satışa çıxarıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, rəsmi məlumatlara görə, "Mijia Sports ECG T-shirt" adi idman maykalarına bənzəyir. Mərkəzi sinə hissəsində ənənəvi optik ötürücülərlə müqayisədə daha dəqiq işləyən elektron modul yerləşir.
 
Mayka elektrokardioqramı saniyədə 250 dəfə seçim sürəti ilə olmaqla 60 saniyə ərzində edir. İstifadəçilər ürək döyüntülərinin sayını izləyərək elektrokardioqramı müxtəlif məşqlərin yerinə yetirilməzi zamanı çəkə bilərlər. Elektrokardioqram modulu ürək döyüntülərinin sayını əks etdirən işıq diodlu indikator ilə təchiz edilib.  
 
"Mijia Sports ECG T-shirt" idman maykası 44 dollara təklif olunur.
 
Nizam Nuriyev




Baxış sayı: 838

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024