12px13px15px17px
Tarix:10/09/20

“LG” şirkəti “eSIM”ə daha texnoloji alternativ həll təqdim edib

“LG” şirkəti “eSIM” təkamülünün növbəti mərhələsi kimi təsvir olunan yeni texnologiya elan edib. “LG Uplus” operatoru ilə birgə hazırlanmış “IUICC” adlı standart abunəçinin nömrəsi haqqında məlumatları cihazın mərkəzi mikrosxemi səviyyəsində yazaraq ənənəvi SİM kartların istifadəsindən tamamilə imtinaya imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndəsi bildirib ki, tezliklə “IUICC” texnologiyasının birbaşa mobil prosessorlara inteqrasiyası planlaşdırılır. Onun köməyi ilə istifadəçi fiziki SİM kart olmadan operatorun nömrəsi haqqında məlumatları proqram səviyyəsində cihazın yaddaşının xüsusi bölməsinə yaza biləcək.
 
“LG” şirkətinin rəsmisi bildirib ki, yeni texnologiya sayəsində smartfon istehsalçıları SİM-kartlar üçün konnektorlar qrupundan və onların quraşdırılması üçün müşayiət mexanizmindən imtina etməklə cihazların korpusunun ölçüsünü xeyli kiçildə biləcəklər. Bundan başqa, istehsalçı “IUICC” standartından “Əşyalar interneti” seqmenti üçün istifadə etməyi təklif edir.
 
Emil Hüseynov




Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024