Tarix:11/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Huawei Smart Business Suitcase” 20, 25 və 28 düym olmaqla üç ölçüdə buraxılır. O, alüminium ərintidən ibarət sərt konstruksiya və möhkəm qulpa malikdir. Daxili bölmələr ekoloji təmiz parçalardan hazırlanıb. Çamadan dəstinə quru və rütubətli əşyalar üçün kisələr daxildir ki, bu da xüsusilə dəniz səfərlərində faydalı olacaq.
Məlumata görə, çamadanda ənənəvi kodlu qıfıllar əvəzinə, smartfon vasitəsilə blokdan çıxarma üsulundan istifadə olunub. Belə ki, qurğunu xüsusi zonaya yaxınlaşdırmaqla kilidi açmaq mümkündür. Bundan başqa, çamadanda smartfon və digər qurğuları daxildə yerləşən akkumulyator vasitəsilə enerji ilə doldurmağa imkan verən kənar “USB” portu nəzərdə tutulub.
Ölçüdən asılı olaraq çamadanın qiyməti 292, 337 və ya 380 dollar arasında dəyişir.
Nizam Nuriyev
Yüksək mühafizəli “Huawei” “ağıllı” çamadanı buraxılıb
Çinin “Huawei” şirkəti “Smart Business Suitcase” adlı “ağıllı” çamadan təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Huawei Smart Business Suitcase” 20, 25 və 28 düym olmaqla üç ölçüdə buraxılır. O, alüminium ərintidən ibarət sərt konstruksiya və möhkəm qulpa malikdir. Daxili bölmələr ekoloji təmiz parçalardan hazırlanıb. Çamadan dəstinə quru və rütubətli əşyalar üçün kisələr daxildir ki, bu da xüsusilə dəniz səfərlərində faydalı olacaq.
Məlumata görə, çamadanda ənənəvi kodlu qıfıllar əvəzinə, smartfon vasitəsilə blokdan çıxarma üsulundan istifadə olunub. Belə ki, qurğunu xüsusi zonaya yaxınlaşdırmaqla kilidi açmaq mümkündür. Bundan başqa, çamadanda smartfon və digər qurğuları daxildə yerləşən akkumulyator vasitəsilə enerji ilə doldurmağa imkan verən kənar “USB” portu nəzərdə tutulub.
Ölçüdən asılı olaraq çamadanın qiyməti 292, 337 və ya 380 dollar arasında dəyişir.
Nizam Nuriyev
Baxış sayı: 857
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib