Tarix:12/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, ekranın ölçüsü diaqonal üzrə 163 düym və ya 4,14 metr təşkil edir. “4К” (3840 × 2160 piksel) təsvir ölçüsü təmin edilir. Proqram platforması qismində “webOS” əməliyyat sistemi tətbiq olunub.
Məlumata görə, “Magnit” televizorunda bir neçə mikron ölçüsündə kiçik mikroskopik işıq diodlarının tətbiqini nəzərdə tutan “MicroLED” texnologiyasından istifadə olunub. Bu panellər rəngli filtrlər və ya əlavə işıqlandırma tələb etməməklə möhtəşəm vizual görüntünü təmin edirlər.
Qurğu kontrastlığı, rəngverməni yaxşılaşdırmağa, eləcə də kiçik işıq diodlarını rütubət, toz və kənar təsirlərdən qorumağa imkan verən “LG Black Coating” örtüyü ilə təchiz olunub.
Televizor modullu konstruksiyaya malikdir: panel 600 × 337,5 × 44,9 mm ölçüsündə bloklardan formalaşır. Bu, böyük paneli problemsiz daşımağa və quraşdırmağa imkan verir.
Qiyməti barədə məlumat verilməyən “Magnit” televizorunun korporativ sifarişçilərin və kinematoqrafiyaya dəyər verənlərin marağına səbəb olacağı gözlənilir.
Nizam Nuriyev
“MicroLED” texnologiyalı nəhəng “LG Magnit” televizoru təqdim edilib
“LG Electronics” şirkəti Avropa, ABŞ, Asiya və Yaxın Şərq bazarlarında satışa çıxarılacaq böyük ölçüyə malik “Magnit” televizorunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, ekranın ölçüsü diaqonal üzrə 163 düym və ya 4,14 metr təşkil edir. “4К” (3840 × 2160 piksel) təsvir ölçüsü təmin edilir. Proqram platforması qismində “webOS” əməliyyat sistemi tətbiq olunub.
Məlumata görə, “Magnit” televizorunda bir neçə mikron ölçüsündə kiçik mikroskopik işıq diodlarının tətbiqini nəzərdə tutan “MicroLED” texnologiyasından istifadə olunub. Bu panellər rəngli filtrlər və ya əlavə işıqlandırma tələb etməməklə möhtəşəm vizual görüntünü təmin edirlər.
Qurğu kontrastlığı, rəngverməni yaxşılaşdırmağa, eləcə də kiçik işıq diodlarını rütubət, toz və kənar təsirlərdən qorumağa imkan verən “LG Black Coating” örtüyü ilə təchiz olunub.
Televizor modullu konstruksiyaya malikdir: panel 600 × 337,5 × 44,9 mm ölçüsündə bloklardan formalaşır. Bu, böyük paneli problemsiz daşımağa və quraşdırmağa imkan verir.
Qiyməti barədə məlumat verilməyən “Magnit” televizorunun korporativ sifarişçilərin və kinematoqrafiyaya dəyər verənlərin marağına səbəb olacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 787
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib