Tarix:12/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, füzelyajı xarici görünüşünə görə tüfəngə bənzəyən yeni “Anduril” pilotsuz uçan aparatı vertolyot sxemi üzrə hazırlanıb. “Ghost 4” dronunun uzunluğu 2,7 metr, eni və hündürlüyü 4 metr təşkil edir. Bükülən konstruksiya aparatı xüsusi çamadanda daşımağa imkan verir.
Şirkət nümayəndələrinin sözlərinə görə, 100 dəqiqə ərzində havada qalan “Ghost 4” dronunun əsas versiyası çıxarılabilən stabilləşdirilmiş elektron optik sistemlə təchiz olunsa da, ona əlavə avadanlıq, o cümlədən lazer hədəf göstəricisi və rabitə sistemləri də quraşdırmaq mümkündür.
Uçuş zamanı səsi az olan pilotsuz uçan aparatı buraxmaq üçün təxminən 2 dəqiqə tələb olunur.
Xatırladaq ki, ötən il “Anduril” şirkəti digər dronların məhv edilməsi üçün nəzərdə tutulan “Interceptor” pilotsuz uçuş aparatını nümayiş etdirib.
“Interceptor” müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir. Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir. Qayda-qanunu pozan aparat aşkarlanan zaman “Interceptor” operatordan hücum üçün icazə aldıqdan sonra tarana gedir.
Nizam Nuriyev
Vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb (VİDEO)
ABŞ-ın “Anduril” şirkəti avtonom rejimdə havadan kəşfiyyatın aparılması üçün nəzərdə tutulan “Ghost 4” pilotsuz uçuş aparatını hazırlayıb. Belə dronlar həm tək-tək, həm də qrup şəklində istifadə oluna bilər.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, füzelyajı xarici görünüşünə görə tüfəngə bənzəyən yeni “Anduril” pilotsuz uçan aparatı vertolyot sxemi üzrə hazırlanıb. “Ghost 4” dronunun uzunluğu 2,7 metr, eni və hündürlüyü 4 metr təşkil edir. Bükülən konstruksiya aparatı xüsusi çamadanda daşımağa imkan verir.
Şirkət nümayəndələrinin sözlərinə görə, 100 dəqiqə ərzində havada qalan “Ghost 4” dronunun əsas versiyası çıxarılabilən stabilləşdirilmiş elektron optik sistemlə təchiz olunsa da, ona əlavə avadanlıq, o cümlədən lazer hədəf göstəricisi və rabitə sistemləri də quraşdırmaq mümkündür.
Uçuş zamanı səsi az olan pilotsuz uçan aparatı buraxmaq üçün təxminən 2 dəqiqə tələb olunur.
Xatırladaq ki, ötən il “Anduril” şirkəti digər dronların məhv edilməsi üçün nəzərdə tutulan “Interceptor” pilotsuz uçuş aparatını nümayiş etdirib.
“Interceptor” müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir. Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir. Qayda-qanunu pozan aparat aşkarlanan zaman “Interceptor” operatordan hücum üçün icazə aldıqdan sonra tarana gedir.
Nizam Nuriyev
Ghost 4 Launch from Anduril Industries on Vimeo.
Baxış sayı: 1374
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib