Tarix:19/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, ultrasəs detektorunun ölçüsü ortastatistik insan saçından 100 dəfə kiçikdir, ancaq əvvəllər müşahidə üçün əlçatmaz olan detalları vizuallaşdıra bilər. Yeni ultrayüksək təsvir ölçülü vizuallaşdırma elmi araşdırmalarda kömək edəcək.
1950-ci illərdə tibbi ultrasəs vizuallaşdırmasının inkişafı anından etibarən ultrasəs dalğalarının aşkar edilməsi üzrə əsas texnologiya ilk növbədə ultrasəs dalğalarının təzyiqini elektrik gərginliyinə çevirən pyezoelektrik detektorların istifadəsinə yönəlmişdi. Ultrasəsin köməyi ilə əldə edilən şəklin təsvir ölçüsü istifadə edilən pyezoelektrik detektorun ölçüsündən asılıdır. Bu ölçünün kiçik olması daha yüksək təsvir ölçüsü əldə etməyə imkan verir. Ancaq pyezoelektrik detektorların ölçülərinin daha da kiçildilməsi onların həssaslığını azaldır və praktikada istifadə üçün yararsız hala gətirir.
“Helmholtz Zentrum Munchen” və “TUM”dan olan tədqiqatçılar miniatür foton sxemlərinin üstünlüklərindən istifadə edərək dünyada ən kiçikölçülü ultrasəs detektoru (SWED) hazırlayıblar. SWED pyezoelektrik kristallardan gələn elektrik gərginliyini qeydə almaq əvəzinə, foton sxemləri vasitəsilə yayılan işığın intensivliyindəki dəyişiklikləri izləyir.
Emil Hüseynov
Dünyada ən kiçikölçülü ultrasəs detektoru hazırlanıb
Helmholtz Zentrum München və Münhen Texniki Universitetinin (TUM) tədqiqatçıları dünyada ən kiçikölçülü ultrasəs detektoru hazırlayıblar. Yenilik silisium çipdəki miniatür foton sxemlərinə əsaslanır.“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, ultrasəs detektorunun ölçüsü ortastatistik insan saçından 100 dəfə kiçikdir, ancaq əvvəllər müşahidə üçün əlçatmaz olan detalları vizuallaşdıra bilər. Yeni ultrayüksək təsvir ölçülü vizuallaşdırma elmi araşdırmalarda kömək edəcək.
1950-ci illərdə tibbi ultrasəs vizuallaşdırmasının inkişafı anından etibarən ultrasəs dalğalarının aşkar edilməsi üzrə əsas texnologiya ilk növbədə ultrasəs dalğalarının təzyiqini elektrik gərginliyinə çevirən pyezoelektrik detektorların istifadəsinə yönəlmişdi. Ultrasəsin köməyi ilə əldə edilən şəklin təsvir ölçüsü istifadə edilən pyezoelektrik detektorun ölçüsündən asılıdır. Bu ölçünün kiçik olması daha yüksək təsvir ölçüsü əldə etməyə imkan verir. Ancaq pyezoelektrik detektorların ölçülərinin daha da kiçildilməsi onların həssaslığını azaldır və praktikada istifadə üçün yararsız hala gətirir.
“Helmholtz Zentrum Munchen” və “TUM”dan olan tədqiqatçılar miniatür foton sxemlərinin üstünlüklərindən istifadə edərək dünyada ən kiçikölçülü ultrasəs detektoru (SWED) hazırlayıblar. SWED pyezoelektrik kristallardan gələn elektrik gərginliyini qeydə almaq əvəzinə, foton sxemləri vasitəsilə yayılan işığın intensivliyindəki dəyişiklikləri izləyir.
Emil Hüseynov
Baxış sayı: 936
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib