12px13px15px17px
Tarix:30/09/20

“Duracell” yeni batareyaları balaca uşaqlar üçün təhlükəsiz edib

“Duracell” şirkəti dəyirmi litium batareyalarının dadını çox acı edib. Bu, həbə oxşar batareyanın təsadüfən balaca uşaq tərəfindən udulmasının qarşısını almaq kimi izah edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, şirkətin rəsmisi bildirib ki, kiçikölçülü enerji mənbələrinə tələbat artır, çünki elektronika, xüsusilə ev elektronikası daha yığcam olur. Belə batareyalar çox vaxt uzaqdan idarəetmə pultlarında, "ağıllı" evə quraşdırılmış sensorlarda və “Bluetooth” moduluna malik trekerlərdə istifadə edilir.

 

“Duracell” şirkəti balaca uşaqları batareyaların dadına baxmaq cəhdlərindən çəkindirmək üçün yeni modellərdə “Baby Secure” texnologiyasını (dadını olduqca acı edib) reallaşdırıb.

 

Emil Hüseynov





Baxış sayı: 244

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024