12px13px15px17px
Tarix:13/12/11

ABŞ-da məlumatların SSD disklərdə saxlanılması sistemi ilə olan superkompyuter təqdim edilib

2012-ci ilin əvvəlində Kaliforniya Universitetinin (ABŞ) tərkibinə daxil olan San-Dieqodakı Superkompyuter Mərkəzində (SDSC) çox məhsuldar “Gordon” hesablama kompleksi işləyəcək.
Bu günlərdə təqdim edilmiş superkompyuterin əsas xüsusiyyəti  məlumatların saxlanılması sistemidir.

Belə ki, hesablama kompleksində ənənəvi sərt disklər deyil, fləş-yaddaş əsasında olan sərt daşıyıcılar (SSD) tətbiq edilir. Vinçesterlərdən imtina edilməsi yalnız məlumatların ötürülmə sürətini artırmağa deyil, həm də etibarlılığın artmasına, həmçinin enerji istehlakının azalmasına imkan yaradıb.

“Gordon” kompleksi “İntel 710” seriyasının 1024 ədəd SSD diskindən istifadə edir. Əməli yaddaş tutumu 64 TB təşkil edir. Sistemin sürətinin 280 teraflopsu (saniyədə trilyonlarla əməliyyat) ötür; Top-500 siyahısında bu superkompyuter 48-ci yerdədir.

Superkompyuterin yaradılmasına təxminən 5 il vaxt və 20 milyon dollar sərf olunub. Kompleks irihəcmli verilənlər bazalarının işinin saxlanılması üçün nəzərdə tutulub.




Baxış sayı: 1423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024