12px13px15px17px
Tarix:14/12/11

5 düymlü sensor ekrana malik mini-planşet

“Lenovo” şirkəti Çində planşet və smartfonun hibridini təşkil edən “LePad 2005S” mini-kompyuterinin satışlarına başlayıb.Qurğunun əsasını 1,2 QHz takt tezliyində işləyən ikinüvəli “Qualcomm MSM8260” prosessoru təşkil edir. Tutumlu texnologiya üzrə hazırlanan  sensor ekran 5 düym diaqonala malikdir; kəskinliyi bildirilmir.

Mini-planşet 1 Qb əməli yaddaş, 8 QB tutumlu fləş daşıyıcı, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth” simsiz əlaqə adapterləri, “GPS” qəbuledicisi, 1,3 meqapikselli ön kamera və 5 meqapiksel matrislə arxa kamera ilə təchiz edilib. “MicroUSB” portu və “MicroHDMİ” interfeysi var.

“CDMA/HSPA+” mobil şəbəkələrində işləyən yenilik “Android 2.3” əməliyyat sistemi ilə işləyir. Qurğunun çəkisi təxminən 200 qramdır.
 
Çin bazarında “LePad 2005S” qurğusunun qiyməti təxminən 415 dollardır; digər regionlara tədarük edilməsi haqqında hələlik informasiya yoxdur.




Baxış sayı: 1510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024