12px13px15px17px
Tarix:15/12/11

“Lumus” videoeynəkləri yarımşəffaf ekranlarla təchiz edilib

İsrailin “Lumus” şirkəti yarımşəffaf ekranlarla olan videoeynək hazırlayıb.  Bunun sayəsində istifadəçilər həm təsviri, həm də ətraflarında baş verənləri görə bilərlər.

Eynək videolara 1280×720 piksel kəskinliyində baxmağa imkan verir; gələcəkdə “Full HD” (1920×1080 nöqtə) formatını dəstəkləyən modellərin istehsalı planlaşdırılır.

“Lumus” eynəyi xüsusi adapter vasitəsilə portativ qurğulardan, məsələn,  “iPhone” smartfonlarından məzmunu əks etdirə bilər. İstehsalçılar güman edirlər ki, yarımşəffaf ekranlar, məsələn, gəzinti və ya təqdimatlar zamanı lazım olacaq.

Belə ki, həm ətrafda baş verənləri, həm də çıxışları və s. görmək mümkündür.“Lumus” şirkəti öz hazırlamasını yanvar ayında keçiriləcək “CES 2012” (Las-Veqas, Nevada, ABŞ) sərgisində təqdim etməyi planlaşdırır.




Baxış sayı: 1204

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024