12px13px15px17px
Tarix:15/12/11

Obyektləri daha yaxşı tanıyan robot (VİDEO)

“Aldebaran Robotics” şirkəti öz robotunu yeniləyib. Robotun yeni versiyası “Nao Next Gen” adlanır. Robot daha güclü və sürətli olub, bu, onun mexaniki hissəsinə və elektron-hesablama komponentlərinin məhsuldarlığına aiddir.

Maşın 1,6 QHz takt tezlikli “İntel Atom” prosessoru əsasında işləyir və 2 yüksək kəskinlikli kameraya malikdir. Bu kameralar robota, hətta zəif işıqlandırma şəraitində belə daha yaxşı səmtləşməyə və obyektləri daha effektiv tanımağa imkan yaradır. “Nao Next Gen” robotu təbii səs əmrlərini dəstəkləyir.

Şirkət mexanizm və hərəkət alqoritmini təkmilləşdirib, artıq robot daha sürətli hərəkət edir. Daxili sensorlar sayəsində robot ehtimal edilən yıxılma anını müəyyən edir, yeni “Nao” robotu yerə elə enir ki, az zədə alsın.








Baxış sayı: 1303

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024