Tarix:10/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Chromebox 4” maksimal konfiqurasiyada “Intel Core i7-10510U” prosessoru, DDR4-2666 MHz tezlikli 16 giqabaytlıq “DDR4” yaddaşı və 256 giqabayt tutumlu “M.2” bərkcisimli toplayıcısı ilə təchiz edilib. Belə proqram təminatı ona görüntünü eyni anda “4K” formatlı üç kənar monitorda göstərməyə imkan verir.
Quraşdırılmış “Google Play” servisi dəstəyi kompüterdə müxtəlif “Android” əlavə və oyunlarını quraşdıraraq işə salmağa şərait yaradır. Bunun sayəsində “Chromebox 4” həm ofis işi, həm ev əyləncəsi, həm də təhsil üçün uyğundur.
Kompüter çoxlu portlar, o cümlədən “3 x USB 3.2 Gen1 Type-A”, “2 x USB 2.0 Type-A”, “1 x USB 3.2 Gen1 Type-C” (USB 3.0/Power Delivery/DisplayPort), “2
x HDMI, 1 x LAN RJ45” və kombinasiya edilmiş audioçıxışla təchiz olunub. Həmçinin “Intel Wi-Fi 6” və “Bluetooth 5.0” simsiz interfeysləri nəzərdə tutulub. Qurğunun ölçüləri 148,5 x 148,5 x 40 millimetr təşkil edir.
Quraşdırılmış “VESA” bərkidicisi kompüteri iş masasında yerə qənaət etmək üçün müxtəlif səthlər və monitorlar üzərində yerləşdirməyə imkan verir. Ofislərdə istifadə zamanı “Kensington” qıfılı üçün çıxış nəzərdə tutulub.
Nizam Nuriyev
“Chrome OS” sistemli “ASUS” miniatür kompüteri buraxılıb
“ASUS” şirkəti yeni “Chromebox 4” miniatür kompüterini təqdim edib. Onuncu nəsil “Intel Core” prosessoru ilə təchiz edilən və “Google Play” mağazasının “Android” proqramlarını dəstəkləyən kompüter “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Chromebox 4” maksimal konfiqurasiyada “Intel Core i7-10510U” prosessoru, DDR4-2666 MHz tezlikli 16 giqabaytlıq “DDR4” yaddaşı və 256 giqabayt tutumlu “M.2” bərkcisimli toplayıcısı ilə təchiz edilib. Belə proqram təminatı ona görüntünü eyni anda “4K” formatlı üç kənar monitorda göstərməyə imkan verir.
Quraşdırılmış “Google Play” servisi dəstəyi kompüterdə müxtəlif “Android” əlavə və oyunlarını quraşdıraraq işə salmağa şərait yaradır. Bunun sayəsində “Chromebox 4” həm ofis işi, həm ev əyləncəsi, həm də təhsil üçün uyğundur.
Kompüter çoxlu portlar, o cümlədən “3 x USB 3.2 Gen1 Type-A”, “2 x USB 2.0 Type-A”, “1 x USB 3.2 Gen1 Type-C” (USB 3.0/Power Delivery/DisplayPort), “2
x HDMI, 1 x LAN RJ45” və kombinasiya edilmiş audioçıxışla təchiz olunub. Həmçinin “Intel Wi-Fi 6” və “Bluetooth 5.0” simsiz interfeysləri nəzərdə tutulub. Qurğunun ölçüləri 148,5 x 148,5 x 40 millimetr təşkil edir.
Quraşdırılmış “VESA” bərkidicisi kompüteri iş masasında yerə qənaət etmək üçün müxtəlif səthlər və monitorlar üzərində yerləşdirməyə imkan verir. Ofislərdə istifadə zamanı “Kensington” qıfılı üçün çıxış nəzərdə tutulub.
Nizam Nuriyev
Baxış sayı: 677
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib