Tarix:12/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, hazırda “Mojo Vision” əlavə reallıq sistemli ilk “ağıllı” kontakt linzalarının hazırlanması ilə məşğuldur. Saziş çərçivəsində şirkətlər tərəfindən ilk növbədə yeni məhsulun istehsal imkanının qiymətləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.
Bu ilin əvvəlində “Mojo Vision” “B” seriyasının maliyyələşdirilməsi mərhələsində 51 milyon dollar cəlb edib. Əldə edilən investisiyalar və “A” seriyasının maliyyələşdirilməsi nəzərə alınaraq şirkət “Mojo Lens” linzasında istifadə edilən texnologiyanın yaradılmasına 159 milyon dollar ayırıb.
Məlumata görə, “Mojo Vision” linzanın yaradılması üçün dünyanın ən kiçik “MicroLED” displeyi kimi bir neçə mütərəqqi texnologiya hazırlayıb. O, linzanın mərkəzinə quraşdırılıb və tor qişasının qarşısında yerləşir.
“Mojo Lens” linzası skleral tipli kontakt linzasının əsasında yaradılıb. Ona kiçik biotəhlükəsiz batareya, göz izləmə kameraları və görüntü sensorları kimi komponentlər quraşdırılacaq.
Hazırda hazırlanma mərhələsində olan “Mojo Lens” texnologiyasının satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir. Şirkət texnologiyanın tibbi məqsədlər üçün istifadəsi məqsədilə ABŞ-ın Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi (Food and Drug Administration, FDA) ilə əməkdaşlıq edir.
Nizam Nuriyev
Yaponiyada əlavə reallığa malik kontakt linzaları yaradılacaq
Yaponiyanın “Menicon” kontakt linzalar istehsalçısı “Mojo Vision” şirkəti ilə əlavə reallıq sisteminə malik kontakt linzalarının hazırlanmasına dair saziş imzalayıb.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, hazırda “Mojo Vision” əlavə reallıq sistemli ilk “ağıllı” kontakt linzalarının hazırlanması ilə məşğuldur. Saziş çərçivəsində şirkətlər tərəfindən ilk növbədə yeni məhsulun istehsal imkanının qiymətləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.
Bu ilin əvvəlində “Mojo Vision” “B” seriyasının maliyyələşdirilməsi mərhələsində 51 milyon dollar cəlb edib. Əldə edilən investisiyalar və “A” seriyasının maliyyələşdirilməsi nəzərə alınaraq şirkət “Mojo Lens” linzasında istifadə edilən texnologiyanın yaradılmasına 159 milyon dollar ayırıb.
Məlumata görə, “Mojo Vision” linzanın yaradılması üçün dünyanın ən kiçik “MicroLED” displeyi kimi bir neçə mütərəqqi texnologiya hazırlayıb. O, linzanın mərkəzinə quraşdırılıb və tor qişasının qarşısında yerləşir.
“Mojo Lens” linzası skleral tipli kontakt linzasının əsasında yaradılıb. Ona kiçik biotəhlükəsiz batareya, göz izləmə kameraları və görüntü sensorları kimi komponentlər quraşdırılacaq.
Hazırda hazırlanma mərhələsində olan “Mojo Lens” texnologiyasının satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir. Şirkət texnologiyanın tibbi məqsədlər üçün istifadəsi məqsədilə ABŞ-ın Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi (Food and Drug Administration, FDA) ilə əməkdaşlıq edir.
Nizam Nuriyev
Baxış sayı: 1271
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib