Tarix:14/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, trikoderlə təchiz edilmiş smartfonların müxtəlif sərgilərdə nümayiş etdirilməsinə baxmayaraq, onların hamısının ölçüsü böyük olub. Amma Almaniyanın “Trinamix” şirkətinin hazırlaması analoqlardan öz ölçüsü ilə fərqlənir: telefonun daxilində yerləşdiriləcək sensorun ölçüsü mikroskopik kameradan böyük olmayacaq.
İnfraqırmızı spektroskopik sensorun iş rejimi ələ keçirilmiş molekulyar məlumatların işlənməsi üçün “Qualcomm AI Engine” texnologiyasına əsaslanır. Bu, bir sıra problemi həll etməyə imkan verəcək: bədənin skan edilməsi, dəriyə qulluq üçün tövsiyələr və sairə. Texnologiyanın əsas özəlliyi onun universallığıdır, çünki yeni funksiyalar əldə etmək üçün sadəcə proqram təminatını yeniləmək lazımdır. Əlavə olaraq, müxtəlif plastmasların tərkibini müəyyənləşdirmək, kofeinin səviyyəsini və qəhvə dənlərinin rütubət səviyyəsini, həmçinin qida məhsullarındakı zülal, yağ və karbohidratların faiz nisbətini ölçmək qabiliyyəti haqda bildirilib.
Kommersiya istifadəsi 2021-ci ilin dördüncü rübünə planlaşdırılıb.
Emil Hüseynov
Mühəndislər smartfonlar üçün molekulyar sensor hazırlayırlar
Fantastik filmlərdə insanın bu və ya digər göstəricilərini asanlıqla toplaya bilən və təhlil edən bir çox cihazlar nümayiş etdirilir. Almaniya şirkəti buna oxşar qabaqcıl texnologiya hazırlayır: yeni texnologiya smartfonun köməyi ilə molekulyar analiz aparmağa imkan verəcək.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, trikoderlə təchiz edilmiş smartfonların müxtəlif sərgilərdə nümayiş etdirilməsinə baxmayaraq, onların hamısının ölçüsü böyük olub. Amma Almaniyanın “Trinamix” şirkətinin hazırlaması analoqlardan öz ölçüsü ilə fərqlənir: telefonun daxilində yerləşdiriləcək sensorun ölçüsü mikroskopik kameradan böyük olmayacaq.
İnfraqırmızı spektroskopik sensorun iş rejimi ələ keçirilmiş molekulyar məlumatların işlənməsi üçün “Qualcomm AI Engine” texnologiyasına əsaslanır. Bu, bir sıra problemi həll etməyə imkan verəcək: bədənin skan edilməsi, dəriyə qulluq üçün tövsiyələr və sairə. Texnologiyanın əsas özəlliyi onun universallığıdır, çünki yeni funksiyalar əldə etmək üçün sadəcə proqram təminatını yeniləmək lazımdır. Əlavə olaraq, müxtəlif plastmasların tərkibini müəyyənləşdirmək, kofeinin səviyyəsini və qəhvə dənlərinin rütubət səviyyəsini, həmçinin qida məhsullarındakı zülal, yağ və karbohidratların faiz nisbətini ölçmək qabiliyyəti haqda bildirilib.
Kommersiya istifadəsi 2021-ci ilin dördüncü rübünə planlaşdırılıb.
Emil Hüseynov
Baxış sayı: 749
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib