12px13px15px17px
Tarix:15/12/20

“Zoox” robot taksisi nümayiş olunub

“Amazon” şirkətinə məxsus “Zoox” startapı özüidarəolunan avtomobilin ilk kommersiya modelini nümayiş etdirib. Dörd nəfərlik sərnişin tutumuna malik elektromobil saatda 120 km sürətlə olmaqla 16 saat təkrar enerji toplamadan hərəkət edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, “ağıllı” avtomobil tam avtonomdur: kabinədə sürücü üçün yer, sükan, pedal və arxa güzgü nəzərdə tutulmayıb. Kuzov elektromobilə yolda istiqaməti müəyyənləşdirməyə kömək edən, kamera, sensor və lidarlarla təchiz edilib. Hər ox üzərində quraşdırılan elektromotorlar sayəsində “Zoox” sürücüsüz avtomobili dönmədən istənilən istiqamətdə hərəkət edə bilir.
 
“Zoox” startapının rəhbəri Ayşa Evans bildirib ki, proqram vasitəsilə elektromobili çağırmağa imkan verən servisi ilk dəfə San-Fransisko və Las-Veqasda istifadəyə vermək planlaşdırılır. Onun sözlərinə görə, bunun üçün şirkət həm lazımi kapitala, həm də uzunmüddətli təsəvvürə malikdir.
 
Gələcəkdə “Zoox” servisinin digər ölkələrdə də işə salınması nəzərdə tutulur. 2022-ci ildə istifadəyə veriləcək yeni servisin qiyməti barədə məlumat verilməsə də, onun “Uber” və “Lyft” servisləri ilə müqayisədə ucuz və rəqabətqabiliyyətli olacağı bildirilir.
 
2014-cü ildə yaradılan “Zoox” startapı bu ilin iyununda “Amazon” tərəfindən satın alınıb. KİV-in məlumatına görə, sazişin dəyəri 1,2 milyard dollar təşkil edib və şirkət tarixində ən böyük sazişlərdən olub.
 
Nizam Nuriyev




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024