12px13px15px17px
Tarix:17/12/20

Şanxayda turistlər üçün populyar marşrut xəttində ilk “ağıllı” robot istifadəyə verilib

Şanxayda istifadəyə verilmiş ilk “ağıllı” robot meqapolisin turistlər arasında ən populyar marşrut xəttində sərnişinlərə məlumat vərəqələri paylamağa başlayıb. Bu haqda yerli “Shine” informasiya resursu məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, robot 49 nömrəli avtobus marşrutunun dayanacaqlarından birində yerləşdirilib. Hündürlüyü 1 metr olan robot avtobus konduktorunun uniforması rəngində rənglənib, robotun üz hissəsində isə qoruyucu tibbi maska var. Robot səsli rejimdə sərnişinlərlə ünsiyyət saxlaya bilir, başa toxunuşa isə reaksiya olaraq sorğu üzrə məlumat vərəqələrinin verilməsi rejimini aktivləşdirir. Robot sınaq rejimində avtobusun hərəkət marşrutu və hava proqnozu barədə məlumat verir.
 
Robot bütün informasiyanı yalnız səsləndirmir, həm də mətn şəklində ekrana çıxarır. Sorğu üzrə əlavə məlumatların əldə edilməsi üçün robot yaxınlıqdakı “Wi-Fi” giriş nöqtələrinə qoşula bilər.
 
Emil Hüseynov



Baxış sayı: 1285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Oktyabr 2024

14 10 2024