Tarix:21/12/20
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, məlumata görə, yeni qurğu 0,12 millimetr qalınlığında şüşə altlığa malik 2 düym diaqonallı "MicroLED" displeyi ilə təchiz edilib. Ekran görüntünü yüksək keyfiyyətdə ötürür, maksimal parlaqlıq səviyyəsi isə 1500 kandel/kvadratmetr təşkil edir. Həmçinin ekran "DCI-P3" rəng məkanını 147 faiz əhatə edir və -30 dərəcədən +70 dərəcəyədək ətraf mühit temperaturunda işləyə bilir.
"MicroLED" ekranları yüksək kontrastlıq səviyyəsi, sürətli reaksiya və tünd qara rəngi ötürmək qabiliyyəti ilə xarakterizə olunur. "OLED" panelləri ilə müqayisədə "MicroLED" displeyləri yüksək parlaqlıq və stabil işlə seçilir. "Konka" "ağıllı" saatı üçün istehsalçının adının açıqlanmamasına baxmayaraq söhbətin ötən il bu tip panellərin kütləvi istehsalına başlayan Çinin "BOE" şirkətindən getdiyi ehtimal olunur.
Nizam Nuriyev
“MicroLED” ekranlı ilk “ağıllı” saat nümayiş olunub
Çinin "Konka Group" şirkəti "MicroLED" ekranlı ilk "ağıllı" saat nümayiş etdirib. Söhbət təkrar enerji toplamadan 35 gün işləyən "Aphaea Watch" adlı qurğudan gedir."ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, məlumata görə, yeni qurğu 0,12 millimetr qalınlığında şüşə altlığa malik 2 düym diaqonallı "MicroLED" displeyi ilə təchiz edilib. Ekran görüntünü yüksək keyfiyyətdə ötürür, maksimal parlaqlıq səviyyəsi isə 1500 kandel/kvadratmetr təşkil edir. Həmçinin ekran "DCI-P3" rəng məkanını 147 faiz əhatə edir və -30 dərəcədən +70 dərəcəyədək ətraf mühit temperaturunda işləyə bilir.
"MicroLED" ekranları yüksək kontrastlıq səviyyəsi, sürətli reaksiya və tünd qara rəngi ötürmək qabiliyyəti ilə xarakterizə olunur. "OLED" panelləri ilə müqayisədə "MicroLED" displeyləri yüksək parlaqlıq və stabil işlə seçilir. "Konka" "ağıllı" saatı üçün istehsalçının adının açıqlanmamasına baxmayaraq söhbətin ötən il bu tip panellərin kütləvi istehsalına başlayan Çinin "BOE" şirkətindən getdiyi ehtimal olunur.
Nizam Nuriyev
Baxış sayı: 1228
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib