Tarix:22/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, 8,9 düym diaqonallı qurğunun təsvir ölçüsü 1920 × 720 piksel, parlaqlığı isə 700 kandel/kvadratmetr təşkil edir. Həmçinin “NTSC” rəng məkanının 72 faiz əhatə olunması təmin edilir.
“Ağıllı” displey smartfonla məlumat mübadiləsi üçün “Wi-Fi” və “Bluetooth” simsiz rabitə adapterləri ilə təchiz edilib. Qurğunun ön tərəfində videobağlantı rejimində zənglərin edilməsi üçün kamera yerləşir.
Korpusun arxa tərəfində videoregistrator funksiyalarına malik daha bir kamera quraşdırılıb. Materialları 2160 × 1440 piksel təsvir ölçüsündə “2К” formatında yazmaq mümkündür. Optika isə 135 dərəcəlik baxış bucağını təmin edir.
İnteqrasiya edilmiş işıq sensoru sayəsində görüntü parametrləri mövcud şəraitdən asılı olaraq avtomatik optimallaşdırılır. Bu səbəbdən təsvir günün müxtəlif vaxtlarında və müxtəlif hava şəraitində yaxşı görünür.
“IPS” matrisalı yeni qurğu 6 millimetr enliyində nazik çərçivə ilə təchiz edilib. Bərkidici ekranı lazımi vəziyyətdə quraşdırmağa imkan verir.
“Huawei HiCar Smart Screen” “ağıllı” ekranının təxmini qiyməti 260 dollar təşkil edir. Yeni qurğunu istənilən avtomobilin ön panelinə quraşdırmaq olar.
Nizam Nuriyev
Avtomobillər üçün “ağıllı” “Huawei” ekranı təqdim edilib
“Huawei” şirkəti “HiCar Smart Screen” adlı “ağıllı” avtomobil ekranı nümayiş etdirib.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, 8,9 düym diaqonallı qurğunun təsvir ölçüsü 1920 × 720 piksel, parlaqlığı isə 700 kandel/kvadratmetr təşkil edir. Həmçinin “NTSC” rəng məkanının 72 faiz əhatə olunması təmin edilir.
“Ağıllı” displey smartfonla məlumat mübadiləsi üçün “Wi-Fi” və “Bluetooth” simsiz rabitə adapterləri ilə təchiz edilib. Qurğunun ön tərəfində videobağlantı rejimində zənglərin edilməsi üçün kamera yerləşir.
Korpusun arxa tərəfində videoregistrator funksiyalarına malik daha bir kamera quraşdırılıb. Materialları 2160 × 1440 piksel təsvir ölçüsündə “2К” formatında yazmaq mümkündür. Optika isə 135 dərəcəlik baxış bucağını təmin edir.
İnteqrasiya edilmiş işıq sensoru sayəsində görüntü parametrləri mövcud şəraitdən asılı olaraq avtomatik optimallaşdırılır. Bu səbəbdən təsvir günün müxtəlif vaxtlarında və müxtəlif hava şəraitində yaxşı görünür.
“IPS” matrisalı yeni qurğu 6 millimetr enliyində nazik çərçivə ilə təchiz edilib. Bərkidici ekranı lazımi vəziyyətdə quraşdırmağa imkan verir.
“Huawei HiCar Smart Screen” “ağıllı” ekranının təxmini qiyməti 260 dollar təşkil edir. Yeni qurğunu istənilən avtomobilin ön panelinə quraşdırmaq olar.
Nizam Nuriyev
Baxış sayı: 1292
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib