Tarix:23/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, yeni qurğu hər düym üçün 300 piksel sıxlığına malik 6,7 düym diaqonallı monoxrom displeylə təchiz edilib. Həmçinin adaptasiya edilmiş istifadəçi interfeysinə malik “Android 10” əməliyyat sistemi quraşdırılıb.
Smartfonun əsasını “Unisoc Tiger T7510” prosessoru təşkil edir. Çipə 2 giqahers takt tezlikli səkkiz nüvə, “PowerVR GM 9444” qrafik sürətləndiricisi və “NSA/SA” dəstəkli “5G” modemi daxildir.
Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş 128 giqabaytdır. Enerji 18 vatlıq sürətli enerjidoldurmaya malik 4770 milliamper/saat tutumlu batareya tərəfindən təmin edilir.
Ön və arxa tərəfdə tək kameralar quraşdırılıb, lakin onların təsvir ölçüsü barədə məlumat verilmir. Buna baxmayaraq istifadəçinin sifətə görə tanınması imkanı qeyd olunur. Bundan başqa, arxa daktiloskopik skaner mövcuddur.
Elektron kitab və sənədlərin oxunması üçün nəzərdə tutulan “Hisense A7 5G” smartfonunun qiyməti 300 dollar təşkil edir.
Nizam Nuriyev
Ağ-qara ekranlı ilk smartfon nümayiş edilib
Unikal “Hisense A7 5G” smartfonu təqdim edilib. Bu, “E Ink” elektron kağızı əsasında ağ-qara ekranla təchiz edilən beşinci nəsil mobil rabitə dəstəkli dünyanın ilk qurğusudur.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, yeni qurğu hər düym üçün 300 piksel sıxlığına malik 6,7 düym diaqonallı monoxrom displeylə təchiz edilib. Həmçinin adaptasiya edilmiş istifadəçi interfeysinə malik “Android 10” əməliyyat sistemi quraşdırılıb.
Smartfonun əsasını “Unisoc Tiger T7510” prosessoru təşkil edir. Çipə 2 giqahers takt tezlikli səkkiz nüvə, “PowerVR GM 9444” qrafik sürətləndiricisi və “NSA/SA” dəstəkli “5G” modemi daxildir.
Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş 128 giqabaytdır. Enerji 18 vatlıq sürətli enerjidoldurmaya malik 4770 milliamper/saat tutumlu batareya tərəfindən təmin edilir.
Ön və arxa tərəfdə tək kameralar quraşdırılıb, lakin onların təsvir ölçüsü barədə məlumat verilmir. Buna baxmayaraq istifadəçinin sifətə görə tanınması imkanı qeyd olunur. Bundan başqa, arxa daktiloskopik skaner mövcuddur.
Elektron kitab və sənədlərin oxunması üçün nəzərdə tutulan “Hisense A7 5G” smartfonunun qiyməti 300 dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 1338
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib