Tarix:09/01/21
“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, kvant şəbəkəsi ilə ötürülən məlumatlar kvant mexanikası qanunlarının köməyi ilə şifrlənir. Bunun üçün elektrik cərəyanındakı elektronlardan və ya fiber-optik xətlərdəki fotonlardan istifadə etmək olar. Müasir kvant rabitə sistemlərində əsas problemlərdən biri ondan ibarətdir ki, optik lif ilə hərəkət vaxtı işıq tədricən yoxa çıxır. Buna görə yerüstü məlumat ötürmə sistemlərindən istifadə vaxtı kvant şəbəkələrinin qovşaqları arasındakı məsafə adətən bir neçə yüz km-dən çox olmur.
Fiziklər bu problemi iki üsulla həll etməyə çalışırlar. Birincisi, kvant siqnallarının təkrarlayıcılarının (onlara daxil olan kvant siqnallarını oxuyan, onları gücləndirən və məlumatların bütövlüyünü pozmadan adresata göndərə bilən qurğular) köməyilə.
İkinci üsul isə yerüstü fiber-optik kabellərdən deyil, rabitə peyklərindən istifadəni nəzərdə tutur.
Alimlər bildiriblər ki, onlar tərəfindən yaradılmış şəbəkə hələ ki təxminən 6 min abunəçinin işini dəstəkləyə bilər. Onlar öz məlumatlarını və şəbəkələrini müdaxilədən qorumaq üçün müntəzəm olaraq kvant açarları mübadiləsi edə bilərlər. Alimlər ümid edirlər ki, gələcəkdə, yeni kvant peyklərinin istifadəyə verilməsindən sonra abunəçilərin sayını artırmaq mümkün olacaq.
Emil Hüseynov
Ən uzun təhlükəsiz kvant rabitə kanalı Şanxay və Nanşanı birləşdirib
Fiziklər "Mo-Szı" kvant peyki və yerüstü fiber-optik şəbəkəsinin köməyi ilə hələ ki ən uzun təhlükəsiz kvant rabitə xətti qurublar. Uzunluğu 4600 km olan kvant rabitə xətti Şanxay və Nanşan şəhərlərini birləşdirir.“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, kvant şəbəkəsi ilə ötürülən məlumatlar kvant mexanikası qanunlarının köməyi ilə şifrlənir. Bunun üçün elektrik cərəyanındakı elektronlardan və ya fiber-optik xətlərdəki fotonlardan istifadə etmək olar. Müasir kvant rabitə sistemlərində əsas problemlərdən biri ondan ibarətdir ki, optik lif ilə hərəkət vaxtı işıq tədricən yoxa çıxır. Buna görə yerüstü məlumat ötürmə sistemlərindən istifadə vaxtı kvant şəbəkələrinin qovşaqları arasındakı məsafə adətən bir neçə yüz km-dən çox olmur.
Fiziklər bu problemi iki üsulla həll etməyə çalışırlar. Birincisi, kvant siqnallarının təkrarlayıcılarının (onlara daxil olan kvant siqnallarını oxuyan, onları gücləndirən və məlumatların bütövlüyünü pozmadan adresata göndərə bilən qurğular) köməyilə.
İkinci üsul isə yerüstü fiber-optik kabellərdən deyil, rabitə peyklərindən istifadəni nəzərdə tutur.
Alimlər bildiriblər ki, onlar tərəfindən yaradılmış şəbəkə hələ ki təxminən 6 min abunəçinin işini dəstəkləyə bilər. Onlar öz məlumatlarını və şəbəkələrini müdaxilədən qorumaq üçün müntəzəm olaraq kvant açarları mübadiləsi edə bilərlər. Alimlər ümid edirlər ki, gələcəkdə, yeni kvant peyklərinin istifadəyə verilməsindən sonra abunəçilərin sayını artırmaq mümkün olacaq.
Emil Hüseynov
Baxış sayı: 9037
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib