12px13px15px17px
Tarix:17/02/21

Ceff Bezos yenidən dünyanın ən zəngin insanı adını geri qaytarıb

“Bloomberg” agentliyi tərəfindən hesablanan “Billionaires Index” (BBI) reytinqinin məlumatlarına əsasən, dünyanın ən zəngin insanları reytinqində bir aydan çox müddətdə birinci yeri tutmuş “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask liderliyi “Amazon” şirkətinin qurucusu Ceff Bezosa geri qaytarıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, agentliyin məlumatına görə, Bezosun varidatı 191 milyard dollar, Maskın isə 190 milyard dollar təşkil edir.

 

Reytinqdə üçüncü yeri varidatı 137 milyard dollar məbləğində qiymətləndirilən “Microsoft” korporasiyasının banisi Bill Qeyts, dördüncü yeri isə “Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti Bernar Arno (116 milyard dollar) tutublar. 104 milyard dollar varidata malik “Facebook”un yaradıcısı Mark Zukerberq reytinqdə beşinci olub.

 

Emil Hüseynov





Baxış sayı: 450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024