“Twitter” səsli şəxsi mesajlar funksiyasını sınaqdan keçirir
“Twitter” sosial şəbəkəsi səsli şəxsi mesajlarla mübadilə funksiyasını sınaqdan keçirməyə başlayıb. Yaponiya, Braziliya və Hindistanda bəzi istifadəçilərdə bu imkan əlçatan olub.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, səsli mesaj göndərmək üçün artıq başlanmış dialoqa daxil olmalı və ya yeni dialoq yaratmalı, bundan sonra səs nişanına sıxmaq lazımdır. “Stop” düyməsini sıxmaqla səs yazısını bitirmək, həmçinin səsli mesajı göndərməzdən əvvəl onu dinləmək mümkündür.
Şirkətdən bildirilib ki, eksperimental funksiya istifadəçilərə söhbət vaxtı "özünü ifadə etmək üçün daha çox imkan" yaradacaq. “Android” və “iOS” əməliyyat sistemləri üçün “Twitter” mobil proqramında səsli mesajlar yazmaq, veb-versiyada isə yalnız həmin mesajları dinləmək mümkündür.
Emil Hüseynov
Baxış sayı: 821
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet