Tarix:20/02/21
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “EHang” şirkətinin məlumatına görə, Quandun əyalətinin Yunfu şəhərində inşa edilən və sahəsi 24 min kvadrat metr olacaq zavodda ildə 600 “EH216” taksi istehsal ediləcəyi təxmin edilir, tələbat çox olduğu təqdirdə uçan taksi istehsalının həcmi artırıla bilər. Zavodun ərazisində, həmçinin tədqiqat mərkəzi və sınaq poliqonu tikiləcək.
İndi “EHang” şirkəti Quancjouda yerləşən mənzil-qərargahında sürücüsüz idarə olunan taksi və başqa dronlar istehsal edir. Yeni zavod istifadəyə verildikdən sonra şirkətin əsas ofisi öz diqqətini yeni məhsulların hazırlanmasına yönəldəcək.
Emil Hüseynov
Çin şirkəti uçan taksilərin kütləvi istehsalına başlamağa hazırlaşır
Uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin “EHang” şirkəti 2021-ci ilin ikinci rübündə “EH216” adlı ikinəfərlik uçan taksilər istehsal edən zavodunu istifadəyə vermək niyyətindədir.“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “EHang” şirkətinin məlumatına görə, Quandun əyalətinin Yunfu şəhərində inşa edilən və sahəsi 24 min kvadrat metr olacaq zavodda ildə 600 “EH216” taksi istehsal ediləcəyi təxmin edilir, tələbat çox olduğu təqdirdə uçan taksi istehsalının həcmi artırıla bilər. Zavodun ərazisində, həmçinin tədqiqat mərkəzi və sınaq poliqonu tikiləcək.
İndi “EHang” şirkəti Quancjouda yerləşən mənzil-qərargahında sürücüsüz idarə olunan taksi və başqa dronlar istehsal edir. Yeni zavod istifadəyə verildikdən sonra şirkətin əsas ofisi öz diqqətini yeni məhsulların hazırlanmasına yönəldəcək.
Emil Hüseynov
Baxış sayı: 10896
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib