12px13px15px17px
Tarix:23/02/21

“LG Gram 360” noutbuku 16 və 14 düym ekranlı versiyalarda hazırlanıb

“LG Electronics” şirkəti nazik və yüngül “Gram” portativ kompüterlər seriyasını genişləndirərək “Intel Tiger Lake” aparat platforması üzərində qurulan “Gram 360” modelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, seriyaya 16 və 14 düym ekranlı modellər daxildir. Ekranlı qapağı 360 dərəcə döndərərək noutbuku planşet iş rejiminə keçirmək mümkündür. Hazırda yalnız böyük versiyanın təsvir ölçüsü açıqlanıb – “WQXGA” (2560 × 1600 piksel). Həmçinin “DCI-P3” rəng məkanı 100 faiz əhatə olunub.

 

Transformerlər (şəklini dəyişən) “Intel EVO” sertifikasiyasına malikdir: “Iris Xe” qrafik sürətləndiricisinə malik on birinci nəsil “Core” prosessorundan istifadə olunub. Operativ yaddaş tutumu 8 giqabayt, quraşdırılmış yaddaş 256 giqabayt təşkil edir.

 

Kompüterlər alüminium və maqnezium ərintisindən hazırlanmış möhkəm korpusa malikdir. Çəkisi 1480 qram təşkil edən böyük versiya enerjini 80 vatt-saat tutumlu akkumulyatordan alır.

 

Hər iki noutbuk “Obsidian Black” (qara) rəngdə təklif olunacaq. Bundan başqa, 16 düymlük model üçün “Quartz Silver” (gümüşü), 14 düymlük üçün “Topaz Green” (yaşıl) nəzərdə tutulub. Qiymətlər müvafiq olaraq 2010 və 1880 dollar arasında dəyişir.

 

Nizam Nuriyev





Baxış sayı: 132

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Fevral 2021

24 02 2021

24/02/21
Azərbaycanda ilk dəfə keçirilmiş “Gender bərabərliyi” hakatonunun qalibləri müəyyən olunub

Azərbaycanda ilk dəfə olaraq Avropa İttifaqının dəstəyi və BMT-nin Əhali Fondu (UNFPA), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

24/02/21
Çində “5G” üçün 718 min baza stansiyası quraşdırılıb

Çində “5G” rabitə standartı üçün quraşdırılmış baza stansiyalarının ümumi sayı 718 minə çatıb ki

24/02/21
“Android” smartfonları təxirə salınmış SMS mesajlar göndərə biləcəklər

“Android” sisteminin idarəetməsi altında işləyən smartfon sahibləri "Mesajlar" proqramını yeniləyə bilərl

24/02/21
Alimlər “COVID-19” infeksiyasının telefonla diaqnostikası üçün proqram hazırlayıblar

Avstriyalı alimlər tərəfindən hazırlanmış kompüter proqramı istifadəçinin təsvir etdiyi simptomlara görə

24/02/21
“Telegram” messencerində istənilən çatda mesajların avtomatik silinməsi funksiyası əlçatan olub

“Telegram” messencerində istənilən çatda mesajların avtomatik silinməsi funksiyası, həmçinin qrup

24/02/21
“AMD” qrafikli “Samsung Exynos” prosessorları yayda nümayiş olunacaq

İnternet mənbələrində “AMD” məhsuldarlıq qrafikası ilə təchiz edilən “Samsung Exynos” mobil prosessorlar

24/02/21
Afrikada ən güclü superkompüter istifadəyə verilib

Rabatın (Mərakeş) VI bin Muhəmməd əl-Həsən Politexnik Universiteti “Tier III” səviyyəli data mərkəzini rə

24/02/21
İlk “Huawei” monitoru Avropada satışa çıxarılıb

“Huawei” şirkəti ötən ilin sonunda Çində kommersiya istifadəsi üçün nəzərdə tutulan “MateStation

24/02/21
Yeni “Samsung” televizorlarının qiyməti məlum olub

“Samsung” şirkəti ən yeni “The Frame” interyer televizorları və 2021-ci il model sırasına daxil olan “4K