12px13px15px17px
Tarix:22/12/11

Ovuca yerləşən mini-kompyuter (VİDEO)

“Solid-Run” şirkəti kiçik “CuBox” kompyuterini hazırlayıb. Fərdi kompyuterin korpusunun ölçüləri 55×55×42 mm təşkil edir və 800 MHz takt tezlikli “ARM” nüvə ilə təchiz edilib.

Əməli yaddaş tutumu 1 QB; informasiyanın saxlanılması üçün 64 QB tutuma qədər “MicroSD” kartları tətbiq edilir. Mini-kompyuter “Gigabit Ethernet” şəbəkə kontrolleri, 2 ədəd “USB 2.0” portu, “eSATA”, “S/PDIF” və “HDMI” interfeysləri ilə təchiz edilib. Əməliyyat sistemi kimi “Android 2.2” və ya “Linux” quraşdırıla bilər.

Tərtibatçılar iddia edirlər ki, “CuBox 1080p” (1920×1080 piksel) formatına qədər formatda yüksək dəqiqlikli video emalının öhdəsindən gələ bilər. Enerji istehlakı təxminən 3 Vatt təşkil edir. Yeniliyin qiyməti 100 avrodur.








Baxış sayı: 1609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024