12px13px15px17px
Tarix:23/12/11

Rusiyada 10 petaflops sürətə malik superkompyuter yaradılacaq

"T-Platformı" şirkəti Rusiyada M. V. Lomonosov adına Moskva Dövlət Universiteti üçün ən güclü superkompyuterin hazırlanması ilə məşğul olacaq.

Hal-hazırda "Lomonosov" 674 teraflops (saniyədə trilyon əməliyyat) sürətlə ən məhsuldar yerli hesablama kompleksidir. Kompleksin pik məhsuldarlığı 1,37 petaflopsa (saniyədə kvadrillion əməliyyat) çatır. Top-500 reytinqində  bu sistem 18-ci yeri tutur.

"T-Platformı" şirkətinin yeni superkompyuteri 10 petaflops sürətə malik olacaq. Məlumdur ki, sistemin əsasını “CPU+GPU” hibrid arxitekturası təşkil edəcək. Digər xüsusiyyətlər haqda hələ məlumat yoxdur.




Baxış sayı: 1412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024