12px13px15px17px
Tarix:27/04/21

”AzInTelecom”-un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin dəstəyi, BMT-nin İnkişaf Proqramı və "IDEA" İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılan "Hydro Heroes" mobil tətbiqi artıq istifadəyə verilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, suyun qənaətinə yönələn "Hydro Heroes" tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Bu da öz növbəsində vaxt və su itkisinin qarşısını əhəmiyyətli dərərəcədə alır.
 
"AzInTelecom" MMC-nin təqdim etdiyi "Azcloud" bulud infrastrukturu əsasında yaradılan "Hydro Heroes" mobil tətbiqi mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirir. Qeyd edək ki, "Azcloud" bu layihə üçün infrastrukturu təmənnasız olaraq təqdim edir.




Baxış sayı: 15173

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024