12px13px15px17px
Tarix:30/12/11

“AMD” şirkəti güclü stolüstü kompyuterlər üçün prosessor istehsal edib

“AMD” şirkəti stolüstü kompyuterlər üçün “Bulldozer” arxitekturasında “FX-6200” prosessoru istehsal edib.32 nanometr texnoloji proses üzrə hazırlanmış çip 6 nüvədən ibarətdir.

Nominal takt tezliyi 3,8 QHz təşkil edir; “Turbo Core” sistemi yüksək yüklənmə zamanı bu göstəricinin 4,1 QHz-ə qədər avtomatik artırılmasını təmin edir.


Prosessorun konstruksiyasına “DDR3” yaddaş kontrolleri, 6 Mbayt ikinci səviyyəli və 8 Mbayt üçüncü səviyyəli keş-yaddaş daxildir. “FX”-seriyasının məmulatlarında daxili qrafik nüvə yoxdur. “FX-6200” modelində yayılan istilik enerjisinin maksimal qiyməti 125 Vatta bərabərdir.

Prosessoru quraşdırmaq üçün “AM3+” birləşdiricisi ilə olan sistem lövhə lazımdır.
Prosessor oyun “desktop”larında tətbiq olunacaq. Qiyməti 175 dollardır.




Baxış sayı: 1459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024