Tarix:09/01/12
Yeni 55 düymlü “K91” televizoru “Android 4.0” əsasında işləyir, “HD” videonu əks etdirə bilən “İPS” ekrana malikdir. Daxilində isə 1,5 QHz takt tezliyi ilə işləyən ikinüvəli prosessor, 1 Qb əməli yaddaş və daxili 5 meqapikselli kamera var.
Kamera yalnız videoəlaqə üçün deyil, həm də “Android 4.0” əməliyyat sisteminin işi üçün lazımdır. “Lenovo” şirkəti “ağıllı “televizorda interfeysi “Sandwich UI” adlandırır. Onun vasitəsi ilə istifadəçilər internet-əlavələrlə işləyə və adi TV rejiminə keçə bilərlər.
Şirkət, həmçinin “İce Cream Sandwich” əməliyyat sistemi əsasında işləyən yeni “Lenovo IdeaTab S2” “Android” planşetini təqdim edəcək. Yenilik 1,5 QHz takt tezlikli ikinüvəli prosessorla, 1 Qb əməli yaddaş ilə təchiz edilib.
Daxili yaddaş seçimdən asılı olaraq 16, 32 və 64 Qbayt təşkil edir. “IdeaTab S2” planşeti ölçüsünə görə təxminən “iPad 2” planşetinə uyğundur. “Wi-Fi” və ya “3G” vasitəsilə internetə daxil olmaq mümkündür.
Nəhayət, smartfon kimi “Lenovo S2” aparatı elan edilib. O da “Android” əsasında işləyir. Smartfon öz xüsusiyyətlərinə görə daha əvvəl təqdim edilmiş “LePhone” smartfonuna oxşardır.
“S2” smartfonu 800x480 piksel kəskinlikli 3,8 düym ekrana, 1.4 QHz takt tezlikli birnüvəli mobil prosessora və 512/1024 mb əməli yaddaşa (modeldən asılıdır) malikdir. Daxili yaddaş seçimdən asılı olaraq 8 və ya 16 Qb təşkil edir. Aparatın ön hissəsində 8 meqapikselli kamera yerləşir.
“Ağıllı” televizor, planşet və smartfon
Çinin “Lenovo” şirkəti bu gün “CES 2012” sərgisində təqdimat üçün hazırladığı yeni məhsullarını elan edib. Çin istehsalçısı yeni 55 düymlü “ağıllı” televizor, yeni planşet və smartfon, həmçinin bütün yeniliklərin məzmunla işləməsi üçün şəxsi “bulud” xidmətini təqdim edəcək.Yeni 55 düymlü “K91” televizoru “Android 4.0” əsasında işləyir, “HD” videonu əks etdirə bilən “İPS” ekrana malikdir. Daxilində isə 1,5 QHz takt tezliyi ilə işləyən ikinüvəli prosessor, 1 Qb əməli yaddaş və daxili 5 meqapikselli kamera var.
Kamera yalnız videoəlaqə üçün deyil, həm də “Android 4.0” əməliyyat sisteminin işi üçün lazımdır. “Lenovo” şirkəti “ağıllı “televizorda interfeysi “Sandwich UI” adlandırır. Onun vasitəsi ilə istifadəçilər internet-əlavələrlə işləyə və adi TV rejiminə keçə bilərlər.
Şirkət, həmçinin “İce Cream Sandwich” əməliyyat sistemi əsasında işləyən yeni “Lenovo IdeaTab S2” “Android” planşetini təqdim edəcək. Yenilik 1,5 QHz takt tezlikli ikinüvəli prosessorla, 1 Qb əməli yaddaş ilə təchiz edilib.
Daxili yaddaş seçimdən asılı olaraq 16, 32 və 64 Qbayt təşkil edir. “IdeaTab S2” planşeti ölçüsünə görə təxminən “iPad 2” planşetinə uyğundur. “Wi-Fi” və ya “3G” vasitəsilə internetə daxil olmaq mümkündür.
Nəhayət, smartfon kimi “Lenovo S2” aparatı elan edilib. O da “Android” əsasında işləyir. Smartfon öz xüsusiyyətlərinə görə daha əvvəl təqdim edilmiş “LePhone” smartfonuna oxşardır.
“S2” smartfonu 800x480 piksel kəskinlikli 3,8 düym ekrana, 1.4 QHz takt tezlikli birnüvəli mobil prosessora və 512/1024 mb əməli yaddaşa (modeldən asılıdır) malikdir. Daxili yaddaş seçimdən asılı olaraq 8 və ya 16 Qb təşkil edir. Aparatın ön hissəsində 8 meqapikselli kamera yerləşir.
Baxış sayı: 1275
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib