Tarix:09/01/12
Çip multimedia məzmununun emalı üçün nəzərdə tutulmuş 96 “StemCell” nüvəsindən və əlavələrin işə salınması üçün nəzərdə tutulmuş və 1,5 QHz takt tezliyində işləyən 4 “ARM Cortex-A9” nüvəsindən ibarətdir,- rəsmi məlumatda belə bildirilib. Beləliklə, şirkətin press-relizində 100 nüvəli ifadəsinin işlədilməsi marketinq bicliyidir.
58 Qflops hesablama gücünə malik “ZMS-40” prosessoru 1 QB əməli yaddaşı dəstəkləyir, 256 bitlik AES şifrləmənin yerinə yetirilməsi, səsin tanınması və kompyuter nitqinin formalaşması üçün daxili alqoritmlərə malikdir.
Nəhayət, çip “HEVC/H.265” daxil olmaqla bir çox müasir və perspektivli kodekləri dəstəkləyir. Yeni kodek “MPEG-4/H.264” ilə müqayisədə keyfiyyət azalması olmadan videoaxın həcmini 2 dəfə azaltmağa imkan verir.
“ZiiLABS” (şirkət 1994-cü ildə yaradılıb və 2009-cu ildə “Creative Technology” tərəfindən satın alınıb) nümayəndələrinin sözlərinə əsasən, “ZMS” xəttinin prosessorları yalnız mobil qurğular üçün deyil, həm də “Full HD” ekranlarla olan yeni nəsil planşetləri, həmçinin "ağıllı" televizorlar üçün nəzərdə tutulub.
Çiplər təsviri böyük ekranda əks etdirmək üçün geniş imkanlara malikdirlər. Onlar “HDMİ 1.4” və müasir monitorlarda istifadə olunan “WQXGA” (2560 x 1600 piksel) formatını dəstəkləyirlər.
Yeni çiplər əsasında hazırlanan ilk qurğular “CES” sərgisində təqdim ediləcək. Qeyd edək ki, tədbir sabah, yanvar ayının 10-u tarixində Las-Veqasda başlanacaq.
“Android” planşetləri üçün 100 nüvəli prosessor
“Creative Technology”-nin filialı “ZiiLABS” şirkəti “Android 4.0” (Ice Cream Sandwich) platformasında işləyən qurğular üçün optimallaşdırılmış 100 nüvəli “ZMS- 40 StemCell Media” multimedia prosessorunu təqdim edib.Çip multimedia məzmununun emalı üçün nəzərdə tutulmuş 96 “StemCell” nüvəsindən və əlavələrin işə salınması üçün nəzərdə tutulmuş və 1,5 QHz takt tezliyində işləyən 4 “ARM Cortex-A9” nüvəsindən ibarətdir,- rəsmi məlumatda belə bildirilib. Beləliklə, şirkətin press-relizində 100 nüvəli ifadəsinin işlədilməsi marketinq bicliyidir.
58 Qflops hesablama gücünə malik “ZMS-40” prosessoru 1 QB əməli yaddaşı dəstəkləyir, 256 bitlik AES şifrləmənin yerinə yetirilməsi, səsin tanınması və kompyuter nitqinin formalaşması üçün daxili alqoritmlərə malikdir.
Nəhayət, çip “HEVC/H.265” daxil olmaqla bir çox müasir və perspektivli kodekləri dəstəkləyir. Yeni kodek “MPEG-4/H.264” ilə müqayisədə keyfiyyət azalması olmadan videoaxın həcmini 2 dəfə azaltmağa imkan verir.
“ZiiLABS” (şirkət 1994-cü ildə yaradılıb və 2009-cu ildə “Creative Technology” tərəfindən satın alınıb) nümayəndələrinin sözlərinə əsasən, “ZMS” xəttinin prosessorları yalnız mobil qurğular üçün deyil, həm də “Full HD” ekranlarla olan yeni nəsil planşetləri, həmçinin "ağıllı" televizorlar üçün nəzərdə tutulub.
Çiplər təsviri böyük ekranda əks etdirmək üçün geniş imkanlara malikdirlər. Onlar “HDMİ 1.4” və müasir monitorlarda istifadə olunan “WQXGA” (2560 x 1600 piksel) formatını dəstəkləyirlər.
Yeni çiplər əsasında hazırlanan ilk qurğular “CES” sərgisində təqdim ediləcək. Qeyd edək ki, tədbir sabah, yanvar ayının 10-u tarixində Las-Veqasda başlanacaq.
Baxış sayı: 1433
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib