12px13px15px17px
Tarix:11/01/12

Daha məhsuldar və daha az enerji istehsal edən çip təqdim edilib

“Nvidia” şirkəti bu gün “Consumer Electronics Show (CES) 2012” sərgisində  smartfon və planşetlər üçün nəzərdə tutulmuş öz yeni “Tegra 3” mobil həllini təqdim edib.

“Tegra 3” əsasında hazırlanacaq ilk həll “Asus Transformer Prime” planşeti olmalıdır. Planşet 7 düymlü ekrana malikdir, “Android 4.0” əməliyyat sistemi ilə işləyir.

Hazırda  “Nvidia Tegra 2” əsasında bazarda olan planşetlərin yarısı və bəzi smartfonlar işləyir. “Tegra 2” ikinüvəli mobil çipi daha əvvəl təqdim edilib və onun əsasında bir qayda olaraq, “Android”-planşetlər işləyir.
“Tegra 3” mobil çipi “Tegra 2” mobil çipi ilə müqayisədə 3 dəfə daha yüksək məhsuldarlıq təmin edir  və 61% daha aşağı enerji istehlakına malikdir.




Baxış sayı: 1648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024