12px13px15px17px
Tarix:11/01/12

16 meqapiksel kamera ilə təchiz edilən smartfon (VİDEO)

"AT&T" operatoru yaxın aylarda güclü "HTC Titan II" smartfonunun satışlarına başlayacaq. Smartfona "Windows Phone 7.5 Mango" əməliyyat sistemi quraşdırılıb.

"CES 2012" sərgisində təqdim edilən yenilik 1,5 QHz takt tezlikli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz edilib. "LTE" mobil şəbəkəsində işləyir.

Əməli yaddaş tutumu 512 Mbayta bərabərdir; daxili fləş modulun tutumu  16 QB təşkil edir. 4.7 düymlü diaqonala malik sensor ekran "WVGA" (480×800 nöqtə) kəskinliyinə malikdir.

16 meqapiksel matrislə olan arxa kamera yüksək dəqiqlikli video yazılışını   dəstəkləyir. Ön kamera 1,3 meqapiksel matrisə malikdir.

Aparatda "Wi-Fi" və "Bluetooth" simsiz əlaqə modulları mövcuddur. Qidalanmanı 1730 mA/saat tutumlu akkumulyator batareyası təmin edir.







Baxış sayı: 2020

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024