12px13px15px17px
Tarix:12/01/12

“Polaroid” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən fotoaparat təqdim edib

"Polaroid" şirkəti "CES 2012" sərgisində "SC1630" adlı qurğu təqdim edib. Qurğu "Android" mobil əməliyyat sistemi əsasında işləyir, fotoaparat və telefonun hibridini təşkil edir. Aparat vasitəsi ilə zəng etmək və 16 meqapikselə qədər kəskinlikdə olan şəkillər çəkmək olar.

Üçqat optik böyüdücü ilə olan çıxarıla bilən obyektiv arxa paneldə yerləşir. Praktiki olaraq bütün ön paneli 800x400 piksel kəskinliyində olan 3,2 düymlü ekran tutur.

"Polaroid" şirkəti qurğunun "Android" mobil əməliyyat sisteminin hansı versiyası ilə işlədiyini bildirməyib, lakin "PCWorld" nəşri qeyd edir ki, "SC1630" qurğusuna satışa çıxarılana kimi əməliyyat sisteminin dördüncü versiyası quraşdırılacaq.

Qurğu sahibləri "Android Market" mağazasına giriş imkanına malik olacaqlar. Qurğuda mobil əlaqə, "Wi-Fi", "Bluetooth", "GPS" və "FM" qəbuledici modulları, həmçinin "microUSB" portu var. Daxili yaddaş tutumu 512 meqabayt təşkil edir.



Baxış sayı: 1921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024