Tarix:30/06/11
“Pic3D” plyonkası adi ekranı 3D panelə çevirəcək
Yapon şirkəti “Global Wave” “Pic3D” plyonkasını hazırlayıb. Onun sayəsində adi ekranda stereoskopik təsvirə baxmaq olar. “Pic3D”-nin iş prinsipi pilləli linzalar sistemindən istifadəyə əsaslanıb. “Global Wave” bəyanatına əsasən plyonka işığın 90%-ni keçirdir və görünüş bucağı 120 dərəcəyə qədər təşkil edir. Bu halda həcmli şəklə baxış üçün xüsusi eynək tələb olunmur. “Global Wave” 12,1 (1280×800 piksel), 15,6 (1366×768 nöqtə), 21,5 (1920×1080 piksel) və 23 (1920×1080 nöqtə) düym ekranlar üçün plyonkalar hazırlamağı planlaşdırır. Bundan başqa “iPad 2” planşeti, “iPhone” kommunikatorları və “iPod touch” pleyeri üçün “Pic3D” versiyası təklif ediləcək. 3D təsvirə baxış üçün xüsusi proqram təminatını (Windows və iOS platformaları üçün variantlar hazırlanmış) quraşdırmaq lazım olacaq. “Pic3D” satışlarına avqustda başlanılacaq; plyonkanın qiyməti ölçüdən asılı olaraq 25 dollardan 186 dollara qədər təşkil edəcək.Baxış sayı: 1098
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib