12px13px15px17px
Tarix:27/01/12

“Foxconn” şirkətinin əməkdaşı “iPhone 5” smartfonunun sirrini yaydı

"9to5 Mac" saytının jurnalistləri iddia edirlər ki, "Foxconn" əməkdaşlarından biri məxfiliyin saxlanılması şərti ilə "Apple" şirkətinin yeni "iPhone 5" smartfonu haqqında məlumat verib.

Onun sözlərinə əsasən, Tayvan şirkəti hal-hazırda smartfonun altıncı nəsil modelini istehsal etməyə hazırlaşır. Aparat satışlarının cari ilin yay ayında başlanacağı gözlənilir.


"Foxconn" əməkdaşı "iPhone 5"-in bir neçə nümunəsini gördüyünü bildirib. Smartfonların hamısı ən azı 4 düym diaqonala malik ekranla təchiz edilib və simmetrik dizayn ilə səciyyələnir, hərçənd əvvəl yayılmış şayiələrə əsasən bildirilirdi ki, yeni "iPhone" smartfonunun qalınlığı qurğunun yuxarı və aşağı hissələrində fərqlənəcək.

Saytın redaksiyası vurğulayıb ki, məhz bu insan keçən ilin yayında deyil, "iPhone 4S" smartfonunun  payızda təqdim ediləcəyini bildirmişdi.
 
 




Baxış sayı: 1448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024