12px13px15px17px
Tarix:30/06/11

HP, “Windows 8”-lə işləyən planşet təklif edə bilər

“Hewlett-Packard” şirkəti tezliklə “WebOS” əməliyyat sistemi ilə işləyən ikinci planşet kompyuterini təqdim edə bilər. Cihazın 7 diaqonallı displey ilə təchiz olunma ehtimalı var. Qeyd edək ki, ilk “TouchPad” planşetində isə displey 9.7 diaqonal idi. Yeniliyin istehsalı ilə “İnventec” məşğul olacaq. HP, həmçinin şirkətin “Windows 8” platformasında işləyəcək planşet təklif edəcəyini də istisna etmir. Bununla belə “Hewlett-Packard” şirkətinin əsas səyləri “WebOS” mobil əməliyyat sisteminin inkişafına yönəldiləcək.
Şirkətin rəhbəri Leo Apotekeranın sözlərinə görə, НР “WebOS“-u bütün öz fərdi kompyuterlərinə (Windows-la yanaşı) quraşdırmaq niyyətindədir. Nəticə olaraq isə hər il bazara 100 milyondan çox “WebOS” ilə olan qurğunun çatdırılacağı gözlənilir. Qeyd edək ki, НР “Palm” firmasını 1.2 milyard dollara almaqla “WebOS” əməliyyat sisteminin hüquqlarını əldə edib.



Baxış sayı: 1141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024